"HƏR AY İCRA BAŞÇISINA 2 MİN VERİRDİM..." - Baş həkimdən Füzulinin icra başçısı haqqında şok ittihamlar + VİDEO
16-05-2020 [12:40]
Son aylarda 5 rayonun icra başçısının DTX tərəfindən həbs edilməsi zamanı başçı ilə yanaşı rayonun digər vəzifəli şəxslərinin də həbsi baş tutdu. Buna misal olaraq Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayevanın həbsini göstərmək olar.
Bu gün haqqında danışaçağımız şəxs isə Füzuli Müalicə Diaqnostika Mərkəzinin keçmiş baş həkimi Cümşüd Məmmədov olacaq.
Mia.az “Yenisabah.az”a istinadla xəbər verir ki, onun iddiasına görə vəzifədən azad olunmaqla bağlı ərizəsi 2019-cu ilin oktyabr ayının 10-da Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov tərəfindən zorla alınıb.
Bunula bağlı keçmiş baş həkim Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi yazaraq Səhiyyə Nazirliyinin cavabdeh qismində tanınması şərti ilə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə pul tələbini irəli sürüb. Göstərib ki, işlədiyi dövrdə intizam və inzibati cəza almayıb, tutduğu vəzifəni layiqincə yerinə yetirib.
C. Məmmədov “Yeni Sabah”a açıqlamasında bildirib ki, işdən azad olunmasında Füzuli Rayon İcra başçısı Alı Alıyev, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri işləyən Gülmirzə Poladov və Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov triosunun rolu olub:
“Məni Gülmirzə Poladov yanına çağırdı, dedi nazirliyə kömək elə. Mən də dedim ki, pul qazanmıram, pul da vermirəm. O da dedi ki, ərizəni xoşluqla yazmasan, kollegiyanın qərarı ilə çıxaracayıq. Elə də çıxardan da, başqa yerdə işləmək olmur. Mən də məcbur olub yazdım.
Onu da bildirim ki, 2013-cü ildən icra başçısı Alı Alıyevə hər ay şəxsən özünə 2000 manat verirdim. Maaşımı alırdım üstünü də düzəldib aparırdım. Sonra Natiq Şükürov öz qohumunu yerimə təyin etmək üçün başçı ilə danışığa gedib. Füzulidə hamı bilir ki, mən pul alan deyildim. Məni adlarını sadaladığım 3 nəfər birləşib işdən çıxmağıma səbəb oldular”.
Qeyd edək ki, Fizuli Rayon Diaqnostika Mərkəzinin fəaliyyətə başladığı gündən orada baş həkim vəzifəsini daşıyan Məmmədov Cümşüd Məmməd oğlu vəzifəsindən uzaqlaşdırılması zamanı müəssisədə çalışan 215 nəfər əməkdaşın tam əksəriyyəti, bu şəxsin işdən çıxarılmasına kəskin etirazlarını ifadə etsələr də, nədənsə həmin şəxslərin etirazlarına bir kimsə məhəl qoymayıb. Onun yerinə Natiq Şükürovun qardaşı oğlu, bu təyinata qədər Horadiz Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi olmuş Şaiq Şükürov təyin edilib.
Onu da bildirək ki, 63 yaşlı Cümşüd Məmmədov Fizuli rayonunun Yuxarı Əbdürrəhmanlı kənd sakinidir və bu kənd erməni quldurları tərəfindən işğal olunarkən, bu şəxsin atası, qardaşı döyüş əməliyyatlarının gedişi zamanı şəhid olurlar. Yəni, sabiq baş həkim şəhid ailəsinin üzvüdür.
C. Məmmədovun səs yazısını təqdim edirik:
İttihamlarla bağlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Azər İsrafilov


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi