Hafiz Hacıyevin şəxsiyyət vəsiqəsi evdə qaldı, geri qayıtmalı oldu

img

09-10-2013 [10:41]


Bu gün Azərbaycan prezidentliyinə namizəd, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev 8 saylı Binəqədi I seçki dairəsi 31 saylı məntəqəsində səs verib.

APA-nın xəbərinə görə, H.Hacıyev bildirib ki, seçki məntəqəsinə ailə üzvləri ilə deyil, tək gəlib: "Ailə üzvlərim başqa yerdə qeydiyyatdadır, iki oğlum isə ezamiyyətdədir. Bizim ailədə demokratik mühit var”.

H.Hacıyev Azərbaycanın gələcəyinə səs verdiyini diqqətə çatdırıb: "Azərbaycandakı sabitliyi, iqtisadi inkişafını istəməyən bəzi qüvvələr var ki, onlara qarşı hər zaman mübarizə aparılıb və aparılacaq”.

***

8 saylı Binəqədi Birinci Seçki Dairəsi 31 saylı seçki məntəqəsində (135 saylı orta məktəb) səsverməyə qatılan prezidentliyə namizəd Hafiz Hacıyev çətin durumu düşüb.

Teleqraf.com-un əməkdaşının verdiyi məlumata görə, səs vermək üçün bülleten alarkən, onun şəxsiyyət vəsiqəsinin üstündə olmadığı aydın olub. Hafiz Hacıyev pasportunu avtomobildə unutduğunu bildirib. O, köməkçisini şəxsiyyət vəsiqəsini gətirmək üçün göndərsə də, bir neçə dəqiqədən sonra Hafiz Hacıyevin məntəqəyə gələrkən şəxsiyyət vəsiqəsini unudub evdə qoyduğu məlum olub.

Yarım saatdan sonra yenidən məntəqəyə qayıdan Hafiz Hacıyev səsvermədə iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA