"Xalqın mənafeyi homoseksualların maraqları ilə..." - Eldəniz Quliyev istefasından yazdı, Milli Şuraya sensasiyalı ittihamlar yönəltdi
15-05-2020 [20:55]
“Milli Şuradan istefa verməyimin səbəbləri ilə bağlı saysız-hesabsız suallara cavab vermək məcburiyyətindəyəm. Ümid edirəm ki, səmimiyyətimi qəbu edəcəksiniz”.
Mia.az xəbər verir ki, bunu dünən Milli Şuradan istefa verən Eldəniz Quliyev sosial şəbəkədəki hesabına yazıb.
O, istefasının səbəbini şok iddialarla əsaslandırıb:
“Əgər istefanın səbəbini bir neçə kəlməylə izah etməli olsaydım, deyərdim: mərdi qova-qova... namərd oldular!..
Əvvəla onu qeyd edim ki, mən, MŞ-nın ilk yaradıcılarından biriyəm və hər zaman onun demokratiya uğrunda apardığı mübarızədə ön sıralarda olmuşam. Və heç kəs şübhə etməsin ki, mən xalqımın haqq etdiyi ləyaqətli həyat, demokratik təsisatlar, eləcə də mental dəyərlərimizi hifz etmək naminə,yenə də mübarizənin önündə olacam.
Bununla yanaşı, acı təəssüf hissiylə qeyd etməliyəm ki, bu gün Milli Şura qəbul etdiyi mübarizə prinsiplərində, düşünülmüş, alternativ və konstruktiv müxalif fəaliyyət fəlsəfəsində, eləcə də öz strateji addımlarında əqidə mutasiyasına yol verdi.
Xalqın mənafeyi bir qrup LGBT nümayəndələrinin maraqları ilə eyni tərəziyə qoyuldu və... o qrupun çəkisi ağır gəldi.(?!). Bu, yolverilməz, eyni zamanda zərərli yanaşma idi və mən bunu heç cürə qəbul edə bilməzdim.
Xalqın mental dəyərlərinin ayaqlar altına atılması Milli Şura üçün özünə qəsdə bərabər hərəkət idi. Əlbəttə, xalqın belə yanaşmanı ikrah hissilə qarşılayacağı, bizləri sərt şəkildə qınayacağı şübhəsizdir. Sabah MŞ-ya kim inanacaq, kim dəstək verəcək? Yəni homoseksualların dərdi, yaxud himayəsi bu qədər qiymətlidir ki, xalqın bizə olan az-çox hörmətini və son ümidlərini itirmək bahasına da olsa, belə talehyüklü məsələləri görməzdən gələk?! Şəxsən mən bu sayaq yanaşmanı kökündən səhv və qərəzli saydıram. Dəfələrlə bu haqda dedim, təkrar elədim, tələb, xahiş elədim. Ki, belə fəaliyyət, belə münasibət düzgün deyil, təhlükəlidir, bu yol bir baş məğlubiyyətə aparır və s. və i.a.
Sözüm divara dəyib düşdü. Eşidilmədi. Qulaqardına vuruldu. Qəsdən. Belə çıxdı ki, hansısa 28-ci dərəcəli bir ABŞ konqrasmeninin kuryeri işləyən birisinin tapşırıqlarını yerinə yetirmək xalqımızın mənafeyindən üstündür. Belə çıxdı ki, Milli Şura rəhbəri Amerikada oturub fərmayiş yerinə yetirir!.. Əks halda, hörmətli (inanın ki, bu an “hörmətli” kəlməsini zorla işlədirəm, - E.Q.) Cəmil Həsənli, Amerikada ərə getməyi ilə fəxr eləyən və hər gün üstümüzə çamur yağdıran saqqllı bir üzdənirağın hucumlarından çəkinib də, bəzi Beynəlxalq Təşkilatlarda, habelə ABŞ-ın bəzi dairələrində, guya, mənim milli dəyərləri qorumaq çabalarımın yaxşı qarşılanmadığını və MŞ-ya problem yaratdığımı əlində bayraq etməzdi... Mən yatıb heç yuxuda da görə bilməzdim ki, xalqın, o cümlədən demokratik düşərgənin illər boyu inandığı, ümid bəslədiyi, bel bağladığı, etimad göstərdiyi siyasi lider və ya liderlər homoseksuallara bunca sevgi nümayiş etdirərlər. Sədd heyif!..
Mən, bu sayaq mövqe sərgiləyən, ən başlıcası,siyasi-ictimai fəaliyyətimə utanc gətirən bir siyasi-ictimai (daha doğrusu, artıq tamami ilə siyasi), birlikdə qala bilərdimmi? Əsla!
Xalqın sayğısı, inamı və dəstəyi olmadan heç bir siyasi qurum, demokratiya, eləcə də hakimiyyət uğrunda mübarizədə qalib gələ bilməz – kürreyi-ərz yığışsa da! Xalqı özündən uzaqlaşdırmaq, ONUN dininə, əxlaqına və mental dəyərlərinə hörmətsizlik eləmək və ONU bilə-bilə rəncidə salmaq, yumşaq desək, böyük qəbahətdir.
Xalqa cənnət vəd edib ONU cəhənnəmə aparmağa heç kimin haqqı-hüququ-ixtiyarı yoxdur!
Mən isə hələ də öz yerimdəyəm – prinsiplərimə, əqidəmə və uğrunda mücadilə apardığım ideallarıma sadiq olaraq qalıram və başqa cür ola da bilməz! Yola davam!”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi