DAHA BİR GENERAL VƏZİFƏDƏN AZAD EDİLDİ - Vilayət Eyvazov polkovnikə yüksək vəzifə verdi

img

15-05-2020 [19:57]


Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev vəzifədən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Y.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib/unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA