BAKIDA YOLUXMA FAİZİ AÇIQLANDI: "Təkcə iki iş yerində 112 yoluxma olub" - Müəssisə rəhbərlərinə ittiham 

img

15-05-2020 [17:27]


"Bakıda yoluxma faizi 47 təşkil edir".

Mia.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, Yasamalda isə bu göstərici 17 faizdir. 

O qeyd edib ki, test imkanları 30 dəfədən çox artıb: "Bu günə 1.7 faiz müsbət nəticələrin payı testlərdə qeyd olunur. 220 mindən artıq test aparılıb və 1 milyon əhaliyə 22 min təşkil edib".

R.Bayramlı əlavə edib ki, 80 yaşın üzərində 2 faiz yoluxma halı olub: "Qadınlar arasında yoluxma 57 faizə yüksəlib. 80 yaş üzərində ölənlərin göstərici 11 faiz təşkil edib".

TƏBİB sədri bəzi müəssisə rəhbərlərini də məsuliyyətsizlikdə ittiham edib: "Bu qurumlar çağırışlara məhəl qoymayıblar, məsuliyyətsiz yanaşıblar deyə xoşagəlməz vəziyyət yaranıb. Məsələn, "Bakı Tikiş evi"ndə 64 nəfər yoluxub, "Bakı steel kompani"də 48 yoluxma olub. Burada İbrahim müəllim xatırlatdı. Verilən tapşırıqlara məsuliyyətsiz yanaşmaya görə hüquqi cəzalar var...".

TƏBİB sədri onu da deyib ki, həbsxanalarda yoluxanların sayı da artıb: "46 yoluxma var".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA