“Əgər dövlət qurumları bu həkimlə bacarmırsa..." - Deputat Sirus Qoçxani haqda rəsmi araşdırma tələb edir
15-05-2020 [17:12]
Artıq 3 gənc xanımın ölümünə səbəb olan iranlı həkim Sirus Qoçxani haqqında həm Səhiyyə Nazirliyi, həm də prokurorluq geniş araşdırma aparmalıdır.
Mia.az xəbər verir ki, bu sözləri Axar.az-a millət vəkili, tibb elmləri namizədi Musa Quliyev uzun illərdir Azərbaycanda özəl klinikalarda plastik əməliyyatlar həyata keçirən iranlı həkim Sirus Qoçxaninin artıq 3-cü şəxsin ölümünə səbəb olmasına baxmayaraq, məsuliyyətə cəlb edilməməsi haqda danışarkən deyib.
M.Quliyevin sözlərinə görə, əgər müvafiq dövlət qurumları bu həkimlə bağlı addım atmırlarsa, açıq şəkildə deməlidirlər ki, biz Qoçxanidən qorxuruq, ona gücümüz çatmır, buna görə də Azərbaycanda nə istəyir, edir:
“Bu qədər də olmaz axı! Onun əməliyyatları zamanı neçə cavan, gənc qız dünyasını dəyişib. Gözləyirlər ki, növbəti qurbanlar da olsun, bundan sonra həmin həkimlə bağlı tədbir görülsün? Sirus Qoçxaninin apardığı əməliyyatlar tibbi göstərişi olmayan əməliyyatlardır. Belə halda insan ölümü, xüsusilə də gənc və sağlam insanların ölümü Səhiyyə Nazirliyini, TƏBİB-i, əməliyyatın baş verdiyi klinikanı, hüquq-mühafizə orqanlarını ciddi düşündürməli, narahat etməlidir”.
Millət vəkili bildirib ki, özəl klinikalara Səhiyyə Nazirliyinin müdaxilə etmək imkanının olmaması yanlışdır:
“Buna imkan yaradılmalıdır. Ölkənin səhiyyə siyasətini bir təşkilat həyata keçirir. Bu baxımdan, dövlət xəstəxanalarına olduğu kimi, nazirliyə özəl klinikalara da müdaxilə imkanı verilməlidir. Klinikanın özəl olması o demək deyil ki, dövlətin qayda-qanunu orada işləməsin”.
Deputat dövlət qurumlarını bu məsələ ilə bağlı araşdırma aparmağa çağırıb:
“Öyrənilməlidir ki, bu insan burada işləməyə hansı sənədlərlə gəlib, hansı müqavilə ilə işləyir?! Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Miqrasiya İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi araşdırma aparmalıdır. Bir həkimin əlində 3 sağlam insanın dünyasını dəyişməsi adi hal deyil. Xüsusilə gənc qızların son günlər bu kimi plastik əməliyyatlara meyilli olduğunu nəzərə alaraq bir tədbir görülməlidir. Pasiyent çox şey istəyə bilər. Həkim bildirməlidir ki, bu xəstəyə belə əməliyyat olar, ya olmaz. Zərurət olmadıqca belə əməliyyatlara imkan verilməməlidir. Plastik əməliyyatlarla bağlı təlimatlar hazırlanmalıdır”.
Xatırladaq ki, “Baku Medical Plaza” klinikasında iranlı həkim Sirus Qoçxaninin etdiyi plastik əməliyyat zamanı 1996-cı il təvəllüdlü Turanə Musazadə dünyasını dəyişib.
Bundan öncə isə Qoçxaninin həyata keçirdiyi əməliyyat zamanı Elmi-Tədqiqat Ağciyər İnstitutunun həkim-ginekoloqu Sona Gürgün Vəliyeva, 2017-ci ildə isə 22 yaşlı model Leyla Oruclu dünyasını dəyişmişdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi