Baş prokurordan daha bir - Təyinat

img

15-05-2020 [16:20]


Baş Prokurorluqda kadr təyinatı olub.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Mia.az-a verdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru Rəhim Səfərəliyev tutduğu vəzifədən azad olunaraq ona Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinin icrası həvalə olunub.

E.Sultanov həmçinin bildirib ki, R.Səfərəliyev 1992–2013-cü illərdə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsində müxtəlif vəzifələrdə, 2013-2015-ci illərdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində məsləhətçi və sektor müdiri, 2015-ci ildən isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru vəzifələrində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA