Azərbaycanda prezident seçkisi başladı

img

09-10-2013 [09:04]


Azərbaycanda prezident seçkiləri başladı. Prezident vəzifəsi uğrunda 10 nəfər namizədin mübarizəsi davam edir. Artıq məntəqələrdə ilk səslərin verilməsinə başlanılıb.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, prezident seçkilərində 5 milyon 145 min nəfərdən çox seçici 5 min 492 seçki məntəqəsində səs verəcək. Onlardan 219-u müvəqqəti qurulan məntəqədir.

Azərbaycandan kənarda yaşayan seçicilər üçün xarici ölkələrdə olan diplomatik nümayəndəliklərdə 38 seçki məntəqəsi yaradılıb. Xaricdə 12 mindən artıq seçici səs verə biləcək. Ilk dəfə olaraq Həcc ziyarətgahında məntəqə təşkil edilib.

Səsvermə bu axşam saat 19.00-da başa çatacaq. Bundan sonra səslərin sayılmasına başlanacaq.

Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə – 10.00, 12.00, 15.00, 17.00, 19.00-da ilkin məlumatlar yayacaq.

Seçkini 52 min müşahidəçi izləyəcək, beynəlxalq müşahidəçilərin sayı isə 1276 nəfərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA