Müdafiə Nazirliyinin əməkdaşına 9 il həbs verildi

img

08-10-2013 [19:29]


Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyinin Kinoloji Mərkəzinin əməkdaşı Ziyafət Həsənov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, Z. Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Z. Həsənov Cinayət Məcəlləsinin 311 (rüşvət alma), 341 (hakimiyyətdən sui-istifadə etmə), 331( hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilir.

Onu da qeyd edək ki, Z. Həsənov hökmdən apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA