"1011 aktiv xəstədən 34-ü reanimasiyadadır, 11- isə..." - TƏBİB koronavirusla bağlı son durumu açıqladı + CƏDVƏL

img

14-05-2020 [21:23]


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı son statistik göstəriciləri açıqlayıb.

Mia.az TƏBİB-ə istinadla xəbər verir ki, hazırda koronavirusa yolxmuş 1011 aktiv xəstə var.

Onlardan 34-ü reanimasiyada müalicə olunur. 11 xəstə isə süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb:

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA