Zərdabda seçki biabırçılığı; ölmüş adamın adına bildiriş göndərilib - foto

img

08-10-2013 [16:02]


Zərdabda sabah keçiriləcək prezident seçkiləri ilə bağlı biabırçı hadisə yaşanıb. Belə ki, 92 saylı Zərdab-Ucar Dairə Seçki Komissiyası tərəfindən 3 il əvvəl dünyasını dəyişmiş şəxsin adına bildiriş göndərilib.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, DSK-dan rayonun B.Allahverdiyev küçəsi ev 14- qeydiyyatda olmuş ölmüş, 3 il əvvəl isə dünyasını dəyişmiş Səlim Kərim oğlu Kərimovun adına bildiriş yazılıb: «Bildirişdə ölmüş şəxsə «səsverməyə gələrkən şəxsiyyət vəsiqənizi ya ona əvəz edən sənədi özünüzlə götürməyi unutmayın» ifadəsi yazılıb.

 Məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənmək mümkün olmayıb.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA