Milli Məclisin Regional məsələlər komitəsinin növbəti onlayn iclası keçirilib
14-05-2020 [13:48]
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti onlayn iclası keçirilib.
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, komitənin sədri Siyavuş Novruzov iclası açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, deputatlara təqdim olunmuş “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” və “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunlara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılır.
Layihə barədə danışan Siyavuş Novruzov adları çəkilən sənədlərə təklif olunan redaktə xarakterli düzəlişlər barədə məlumat verib. Qeyd edilib ki, düzəlişlərə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi məsələlərinə diqqət daha da artırılır.
Onlayn iclasda iştirak edən komitənin sədr müavini Elşən Musayev, komitə üzvləri Nizami Cəfərov, Kamran Bayramov, Malik Həsənov, Fəttah Heydərov, Cavid Osmanov, Tahir Rzayev, Səbinə Xasayeva, Məzahir Əfəndiyev, Səttar Möhbalıyev, Aqil Məmmədov, Emin Hacıyev, Əliabbas Salahzadə layihə barədə fikirlərini bildirərək, dəyişiklikləri məqsədəuyğun hesab ediblər.
Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra onlayn iclasda cari işlərdən danışılıb, Regional məsələlər komitəsinin növbəti dövr üçün fəaliyyəti müzakirə edilib.
Siyavuş Novruzov çıxışında bildirib ki, koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlər görülür. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır, vətəndaşlara sosial dəstək göstərilir.
İclasda çıxış edən komitə üzvləri koronavirus pandemiyası ilə əlaqədar dövlət və Heydər Əliyev Fondu tərəfindən görülən işləri, həyata keçirilən sosial tədbirləri yüksək qiymətləndiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi