DTX-nın SƏRHƏD XİDMƏTİNDƏKİ ƏMƏLİYYATI: kimlər həbs olunub?
14-05-2020 [13:17]
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
Mia.az xəbər verir ki, bu barədə DTX-nın rəsmi saytı məlumat yayıb.
Açıqlamada bildirilib ki, hazırda araşdırmalar davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək.
“BakuPost”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının sahil mühafizə idarələrinin rəisləri saxlanılıb. Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.
Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. O qeyd edib ki, cinayət işinin detalları barədə əlavə məlumat veriləcək.
Musavat.com-un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Xəzərdə qanunsuz olaraq balıq ovu həyata keçirən, dənizi kortəbii şəkildə talayan, bioresursları məhv edən brakonyerlər və onları himayə edən vəzifəli şəxslər ifşa edilib.
Nəzərə çatdıraq ki, uzun illərdir brakonyerlər ilin istənilən fəslində - hətta sənaye üsulu ilə balıq ovu etmək rəsmi şəkildə qadağan olunduğu zamanlarda da Xəzər dənizində qanunsuz ov həyata keçiriblər. Bunu təsdiqləyən videoçəkilişlər mütəmadi şəkildə sosial şəbəkələrdə yerləşdirilib və müvafiq orqanlara təqdim edilib.
Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, habelə Su polisinin keçirdiyi mütəmadi reyslər zamanı xeyli sayda qanunsuz ov edən şəxslər cəzalandırılıb. Lakin buna baxmayaraq, brakonyerlər müəyyən şəxslərin himayəçiliyi ilə Xəzəri talamaqda, balıqların kökünü kəsməkdə davam ediblər.
Hətta həvəskar balıqçılar, təbiətsevərlər, eko-müfəttişlər qanunsuz ov edənlərin əməllərinin qarşısını almaq istəyən zaman onlar açıq şəkildə kimlərəsə arxayın olduqlarını, “haqqını” verib işlərini gördüklərini dilə gətiriblər və bu kimi faktlar videoçəkilişlərdə də əks olunub. Heç şübhəsiz ki, təhlükəsizlik orqanları özləri də onları izləyərək, çəkilişlər həyata keçiriblər.
Vəziyyət o həddə çatmışdı ki, təbiətsevərlər, həvəskar balıqçılar bu məsələlərə dair dövlət rəhbərliyinə müraciət ünvanlayaraq, Xəzəri talayanların qarşısının alınması üçün kömək istəmişdilər. Nəhayət, ölkə boyunca və bütün müxtəlif strukturlarda cinayətkar şəbəkələrə qarşı əməliyyatlar keçirən Dövlət Təhlükəsizlik Xidməti bu problemin də həllinə qərar verdi. Bu, minlərlə təbiətsevərin alqışına səbəb olan məsələ olmaqla yanaşı, Xəzər canlılarının qorunması, balıq sənayesinin inkişafı üçün olduqca mühüm addımdır.
Məhz brakonyerlərin və onların havadarlarının qanunsuz əməllərinin nəticəsi idi ki, Xəzər sahillərini, Kürün deltasını qanunsuz torlar zəbt etmişdi, balıqlar ilbəil azalmışdı. Xəzərin İran, Türkmənistan, Dağıstan sahillərində balıq bol olduğu halda, Azərbaycan sahillərində qəhətə çəkilməsinin əsas səbəbkarı məhz brakonyerlər və onların vəzifəli havadarlarıdır.
Bu sahədə baş verən cinayət əməllərində söhbət dövriyyəsi hər il yüz milyonlarla manat olan qanunsuz ovdan, habelə Azərbaycanın təbiətinə, Xəzərə vurulan böyük ekoloji ziyandan gedir.
Təbiətsevərlər hesab edir ki, DTX-nın başlatdığı bu prosesdən sonra müvafiq qurumlar habelə bölgələrdə - Şəmkir su anbarında, Kür, Araz sahili bölgələrdə, habelə Şirvan kanalında, müəyyən vəzifəli şəxslərə arxalanaraq, qanunsuz balıq ovu edən, torlarla, elektrik cərəyanı ilə su canlılarının kökünü kəsən şəxsləri və onlara himayədarlıq edənləri də vaxtaşırı cəzalandırmalı, bu məsələni daim diqqətdə saxlamalıdır/Musavat.com.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi