Generallar AXCP sədrinin müavininə xəbərdarlıq etdi

img

08-10-2013 [13:23]


AXCP sədrini müavini Fuad Qəhrəmanlı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Günün birinci yarısı BŞBPİ-də olan Fuad Qəhrəmanlı İdarənin rəismüavini Səhlab Bağırov və Bakı Şəhər Prokurorununmüavini Fazil Həsənəliyevlə görüşüb. 

Fuad Qəhrəmanlı BŞBPİ-də görüşdən sonra"Yeni Müsavat”a məlumat verib ki, onun polisə çağırılması oktyabrın 7-də mediada seçki saxtalaşdırılacağı halda etiraz aksiyalarının keçirilə biləcəyi barədə verdiyi açıqlama ilə bağlı olub: "Bu açıqlamamla bağlı hesab ediblər ki, mənə xəbərdarlıq etməyə ehtiyac var. Səhlab Bağırov və Fazil Həsənəliyev mənə bildirdilər ki, Bakı Şəhər İcra Hakaimiyyəti ilə razılaşdırılmamış aksiyalar keçirilməsi qarşıdurmaya səbəb olacaq və buna görə də mən məsuliyyət daşıyıram.Mən isə dedim ki, etiraz aksiyaları ilə bağlı fikir səsləndirərkən bunu"Sərbəst toplaşmaq zadlığı haqqında” Qanunun bizə verdiyi hüquqa əsaslanmışam. Keçirəcəyimiz aksiyalar da qanuna əsasən keçiriləcək. Mənim bu mövqeyimi ifadəetməyimdən sonra görüş başa çatdı. Heç bir hədə-qorxu gəlmədilər. Sadəcə dedilər ki, mediadakı açıqlamama görə, görüşüb xəbərdarlıq etməyə ehtiyac duyublar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA