08-10-2013 [10:47]
Xəbər verildiyi kimi, Zəngilan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş müsavatçı İlham Hüseyn EL hərəkatından istefa verərək Ədalət Partiyasına keçib.
EL hərəkatının sədri Eldar Namazov "Yeni Müsavat”a açıqlamasında İlham Hüseynin istefasına münasibət bildirib. Onun sözlərinə görə, EL-in dağıdılması, sıradan tamam çıxarılması üçün qaranlıq əl işləyir və bunu heç gizlətmirlər də: "EL hərəkatı təxminən yarım il əvvəl elan olundu. Ancaq fəaliyyətə başlayandan 17 gün sonra bizə qarşı başlayan təzyiqlər bu günə kimi davam edir. Əvvəlcə ofislərimizi əlimizdən aldılar. Sonra EL-ə daxil olan şəxslərin qohumları, yaxınları işdən qovuldu. Sonra EL hərəkatının guya seçki zamanı ölkədə iğtişaşlar hazırladığı barədə prokurorluqda araşdırmalar başlandı, bizə təzyiq mexanizmi kimi prokurorluğa ifadə verməyə çağırdılar. Bugünlərdə baş prokuror araşdırmaları davam etdirdikləri barədə yenidən açıqlama verdi. Bir neçə gün öncə isə İlham Hüseyn istefa verdi”.
E.Namazov qeyd etdi ki, bütün bunlar 6 ay əvvəl yaranmış hərəkata qarşı təzyiq və repressiya dalğasının görünən tərəfidir: "Bunun hələ görünməyən tərəfi var ki, hansı şəkildə təzyiqlər olur. Belə bir vəziyyətdə İlham Hüseyn kimi qərar verən insanlara ciddi irad tutmaq da əslində mənəvi cəhətdən çətindir. Hər halda, mən şəxsən özümün, EL-i mənimlə bir yerdə yaradan insanların mövqeyini ifadə edə bilərəm ki, əgər qısa müddətdə EL-ə böyük maraq, dəstək nümayiş etdirildisə, hakimiyyət onun fəaliyyətini dayandırmaq üçün təzyiqləri davam etdirmək xətti götürübsə, deməli, bu hərəkatın cəmiyyətdə yeri, gələcəyi var. Təzyiqlər və istefa kimi hadisələr sübut edir ki, bizim mübarizəmiz xalqın maraqlarına uyğun yoldur. Sadəcə, bizə çətinliklər yaradıb bu yoldan tamamilə dönməyimizi istəyirlər. Lakin bütün təzyiqlərə baxmayaraq, gələcəkdə də hakimiyyətin təzyiqləri nəticəsində hansısa üzvlərin hansısa qərar verməsindən asılı olmayaraq, biz seçki prosesi bitəndən sonra EL hərəkatının təşkilatlandırılmasının davam etdirilməsi ilə məşğul olacağıq. Gələn ilin əvvəllərində EL-in qurultayını keçirəcəyik. Qurultayda EL-in hərəkat formasında qalması və ya partiyaya çevrilməsi haqqında qərar verəcəyik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi