Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi: Kamran Əliyev idarə rəisləri ilə prokurorların qarşısına yeni tələblər qoydu + FOTO
12-05-2020 [15:28]
Cari il mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin olunmuş Azərbaycan Respublikasının Baş prokurorunu qəbul edərkən prokurorluq orqanlarında islahatların dərinləşdirilməsi ilə bağlı bir sıra mühüm və fəaliyyətin təkmilləşdirilməsinə yönəlmiş fundamental xarakterli tapşırıqlar müəyyən edib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, həmin tapşırıqların prokurorluq orqanlarının rəhbər şəxslərinə çatdırılması və onlardan irəli gələn qarşıda duran vəzifələrin icrası məqsədilə mayın 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilib.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə ölkə ərazisində qüvvədə olan xüsusi karantin rejimi qaydalarına riayət edilməklə videokonfrans rejimində keçirilmiş müşavirəyə Prokurorluğun Mərkəzi aparatının, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı Şəhər prokurorluqlarının rəhbər heyəti, rayon (şəhər) və ərazi hərbi prokurorları və digər şəxslər qatılıblar.
Əməliyyat müşavirəsində çıxış edən Baş prokuror göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bir daha dərin təşəkkürünü ifadə edib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi ilə həyata keçirilən mütərəqqi daxili və xarici siyasət nəticəsində ölkəmizin dayanıqlı inkişafı təmin edilib, cəmiyyətimizdə sabitlik, hüquq qaydası və qanunçuluq bərqərar olub, Azərbaycan dinamik inkişaf edən dövlətə çevrilib.
Bildirilib ki, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq hazırda ölkəmizdə yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatlar reallaşdırılır və dövlət idarəçiliyinin bütün sferalarında mütərəqqi kompleks tədbirlər həyata keçirilir. Bu islahatların əsas istiqamətlərindən birini təşkil edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi Azərbaycan Prokurorluğunu da əhatə etməli, islahatların geniş vüsət aldığı hazırkı şəraitdə prokurorluq orqanları da öz fəaliyyətini yenidən nəzərdən keçirməli və dövrün tələblərinə uyğun şəkildə təşkil etməlidir.
Qarşıda mühüm vəzifələrin dayandığı xüsusi qeyd edilərək prokurorluq orqanlarında bir sıra struktur dəyişikliklərinin və kadr islahatlarının həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri üzrə görülən tədbirlərin kəsərliliyinin artırılması, prokurorluğun üzərinə qoyulan vəzifələrin icrası istiqamətində əsaslı dönüş yaradılması, iş yükünün əsassız olaraq artırılmasına, bürokratizmə və lüzumsuz sənəd dövriyyəsinə gətirib çıxaran təcrübə və müddəaların aradan qaldırılması, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə etməklə cari fəaliyyətin səmərəliliyinə və operativliyinə nail olunması, müasir və mütərəqqi standartların tələblərinə əməl edilməklə şəffaflığın ən yüksək səviyyədə təmini diqqət mərkəzində saxlanılmaqla, həyata keçiriləcək islahatların son nəticədə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qalxmasına və qanunla icrası prokurorluğun üzərinə qoyulmuş vəzifələrin daha çevik yerinə yetirilməsinə xidmət edəcək əsas tələblər kimi müəyyənləşdirilib.
Tədbirdə çıxış edən müşavirə iştirakçıları prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib, faydalı müzakirələr və fikir mübadiləsi aparılıb.
Əməliyyat müşavirəsində qarşıda duran vəzifələrin icrası ilə bağlı müfəssəl Fəaliyyət Planı qəbul olunub və onun qısa müddətdə icraya yönəldilməsi aidiyyəti idarə rəhbərlərindən tələb edilib.
Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının kollektivi adından əminliklə bildirib ki, Azərbaycan Prokurorluğunun kollektivi öz fəaliyyətini göstərilən etimada layiq səviyyədə qurmaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi