Dövlət İmtahan Mərkəzi tədris dili və xarici dil imtahanları ilə bağlı məlumat yaydı
12-05-2020 [13:40]
Dövlət İmtahan Mərkəzi tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi halları açıqlayıb.
DİM-dən Mia.az-a verilən məlumata görə, bu barədə 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin bakalavriat pilləsinə tələbə qəbulu haqqında elanda bildirilib.
Məlumatda bildirilib ki, Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirən və qəbul imtahanının I mərhələsinin nəticəsi kimi buraxılış imtahanının nəticəsi əsas götürülən abituriyentlər aşağıdakı hallarda qəbul imtahanının I mərhələsi üzrə DİM tərəfindən elan olunacaq tarixdə əlavə olaraq bəzi fənn və yaxud fənlərdən imtahan verirlər.
Bu zaman onlar hər əlavə imtahan üçün ödəniş edirlər. Ödəniş etmək üçün abituriyentlər şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
- Tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda ərizədə qeyd etdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən əlavə olaraq imtahan verirlər.
- Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər isə ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurarkən, müsabiqəsində iştirak etmək istədikləri ixtisasların tədris dilinə uyğun olaraq ərizənin “Test imtahanı verəcəyi dil (Bölmə)” bölməsində Azərbaycan və ya rus dilini seçirlər.
- Qəbul imtahanında buraxılış imtahanı çərçivəsində verdikləri xarici dil fənnindən fərqli xarici dil fənni üzrə imtahan vermək istəyən məzunlar müsabiqədə iştirak etmək üçün həmin xarici dildən imtahan verirlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər.
- Xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları istədikləri halda qəbul imtahanında xarici dil fənni üzrə imtahan verə bilərlər. Bu halda abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurarkən “Xarici dil” bölməsində istədikləri xarici dili seçirlər. Qeyd olunan kateqoriyadan olan məzunlar xarici dil fənnindən imtahan vermək istəmədikləri halda "Abituriyentin elektron ərizəsi" formasını doldurarkən “Xarici dil” bölməsində “Xarici dildən imtahan vermək istəmirəm” bəndini seçirlər. Bu zaman onların qəbul imtahanının birinci mərhələsindən toplaya biləcəkləri maksimal balları iki fənn (Azərbaycan və ya rus dili və riyaziyyat) üzrə toplanan balların cəmlənməsi əsasında müəyyənləşməklə 200 bal təşkil edir.
Məlumatda bildirilib ki, müsabiqə şərtləri, balların hesablanma qaydası və s. haqda ətraflı məlumat “Abituriyent” jurnalının 2020-ci il tarixli 2-ci nömrəsində təqdim olunacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi