Milli Məclisin şöbə müdiri lüks avtomobilini satdı - 92 min manata + Rəsmi reaksiya /FOTOLAR

img

12-05-2020 [11:13]


Milli Məclisin Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri İlkin Məmmədov lüks avtomobilini satıb. 

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, İlkin Məmmədov "Porsche" markalı avtomobilini 54 min dollara (92 min manat) Turbo.az saytında satışa çıxarıb. Həmin elanı İlkin Məmmədov öz feysbuk səhifəsində də paylaşıb.

39 yaşlı İlkin Məmmədov elan yerləşdirərkən belə bir qeyd də yazıb: "...Bu komplektasiyada eyni avtomobil Azərbaycanda yoxdur!".

Reklamın artıq aktiv olmaması onu göstərir ki, İlkin Məmmədov artıq avtomobilinə müştəri tapa bilib.

Xatırladaq ki, İlkin Məmmədov Milli Məclisdə Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri vəzifəsinə mayın əvvəlində təyin edilib. Onun keçmiş spiker Oqtay Əsədovun bacısı oğlunun qaynı olduğu deyilir.

***

Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov yayılan məlumata belə reaksiya verib: “O mənim dostumun maşını idi. Bir ay əvvəl məndən xahiş etmişdi ki, elanı səhifəmdə paylaşım. Mən də burada heç bir qəbahət görmürəm və elanı paylaşmışam"/"Qafqazinfo

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA