Zakir Qaralovun əmri ilə işdən qovulan porokuror həbs olundu

img

07-10-2013 [14:36]


Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşı həbs edilib. Tutulan prokurorluq işçisi bir neçə gün əvvəl baş prokuror Zakir Qaralovun əmri ilə işdən qovulan Vüsal Müslümovdur. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxsin vəkili V. Müslümovun həbs edilməsi faktını təsdiqləyərək onun həbsindən apellyasiya şikayəti verdiklərini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl V. Müslümov və daha iki prokurorluq işçisi işdən qovulub. Bu barədə baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşı V. Müslümov, Bakı şəhər Prokurorluğunun əməkdaşları Valeh Vəliyev və Çingiz Hacıyev işdə yol verdikləri kobud qanun pozuntularına görə prokurorluq orqanlarından xaric ediliblər. /APA/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA