Abbas Abbasov Putinə ad günü təbriki göndərdi

img

07-10-2013 [14:34]


"Milyarderlər ittifaqı” kimi tanınmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının, habelə Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov prezident Vladimir Putinə ad günü təbriki göndərib.

Virtualaz.org "AzerRos”un informasiya agentliyinə istinadən təbrikin mətnini yayır:

"Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti adından və şəxsən öz adımdan sizi ad günü münasibətilə ürəkdən təbrik edirəm!

Sizin səyləriniz sayəsində Rusiya bu gün beynəlxalq birlik tərəfindən hörmət olunan, çiçəklənən dövlət quruculuğunda böyük uğurlar nümayiş etdirir. Bizim ölkəmizdə yaşayan bir çox xalqlar kimi Rusiya azərbaycanlıları da sizə Rusiya Federasiyasında sülhün, sabitliyin və rifahın qorunması üçün gördüyünüz işlərə görə dərindən minnətdardır.

Biz sizinlə Azərbaycan prezidenti İlham Əliyevin arasında formalaşmış xeyirxah dostluq münasibətlərini yüksək qiymətləndiririk. Habelə sizin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətlərinin ardıcıl olaraq möhkəmləndirilməsinə yönəltdiyiniz dəyişməz diqqəti dəyərləndiririk.

Əminəm ki, Azərbaycanla Rusiya arasında əldə edilmiş razılaşmalar bizim dövlətlərimiz arasında strateji partnyorluğun dərinləşməsinə və qardaş xalqlarımızın rifahına xidmət edəcək. Fürsətdən istifadə edərək bütün qəlbimlə hörmətli Vladimir Vladimiroviç, sizə möhkəm cansağlığı, uzun ömür, rus xalqının rifahı naminə göstərdiyiniz dövlətçilik fəaliyyətində tükənməz enerji və yeni uğurlar arzu edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA