"Rüşvətxorların hamısını tutmaqla..." - Hüquqşünas bunun gərginliyə yol açacağını deyir
11-05-2020 [12:42]
“Bir daha bildirirəm ki, bu gün məmurların həbs edilməsini olduqca önəmli addım sayıram. Ancaq bu gün rüşvət almışların hamısını həbs etmək məqsədi güdülsə, buna heç həbsxanalar da çatmaz, həm də bu onsuz da ölkədə gərgin olan vəziyyəti daha da gərginləşdirər”.
Mia.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib. O, bildirib ki, korrupsiyanın uzun illər idarəetmə sisteminin mahiyyəti olması heç kimə sirr deyil:
“Bu gün ancaq tutmaqla korrupsiyanın kökünü kəsmək olmaz və hamını həbs etmək də mümkünsüzdür. Elə son günlər həbs edilmiş məmurların ölkədə gərginlik yaradacağına şübhə etmirəm. İndi təsəvvür edin ki, bütün oliqarx-məmurlar həbs edilsə nə olar?!
Buna görə hesab edirəm ki, həbslərlə yanası sistemin dəyişdirilməsi yolunda ciddi addımlar atılmalıdır. Bunun üçün isə yaxın zamanlarda maliyyə amnistiyası elan edilməli və Azərbaycanda hələ 2005-ci ildə qəbul edilmiş “Gəlir deklarasiyası haqqında” Qanunun icrasına başlanmalıdır.
Bilirəm ki, maliyyə amnistiyası əksəriyyət tərəfindən pis qarşılanacaq və bu irad da haqlıdır. Ona görə ki, illərdir bizim hamımıza, o cümlədən mənə də məxsus olan ölkə varidatı bir ovuc məmur tərəfindən talan edilib. Əlbəttə, mən də əksəriyyət kimi oğurlanmış pulların hamısının qəpiyinə kimi qaytarılmasını istəyərdim. Ancaq bunun mümkün olmadığını və bu barədə atılan istənilən addımın böyük təlatümlərə aparacağını, hətta vətəndaş müharibəsinə çevriləcəyinə şübhəm yoxdur. Maliyyə amnistiyası isə oğurlanmış və heç zaman ölkəyə qaytarılmayacaq pulların ölkəyə dönməsinə, iqtisadi inkişafa xidmət edəcəyinə əminəm. Özü də bu prosesdə geri qaytarılacaq pulların cüzi bir hissəsinin büdcəyə yönəlməsinin tərəfdarıyam. Tutulacaq faiz nə qədər az olacaqsa, qaytarılan pullar da o qədər çox olacaq.
Maliyyə amnistiyasından narahat olanlara bildirirəm ki, bunun faydası daha çox olacaq.
Birincisi, həmin pullar ölkəyə qayıdıb yeni iş yerlərinin açılmasına, iqtisadiyyatın inkişafına xidmət edəcək. İkincisi, normal iqtisadi münasibətlər qurulacağı təqdirdə təbii proses nəticəsində həmin pulların bir neçə il sonra tədricən məmur-oliqarx qruplarından savadlı zəhmətkeş insanlara dövr edəcəyinə də şübhəm yoxdur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi