Oqtаy Əsədov MM-də iclaslara niyə qatılmır? - Komissiya sədrindən açıqlama

img

11-05-2020 [11:43]


“Deputat Oqtаy Əsədov Milli Məclisin plenar iclaslarında üzrlü səbəbdən iştirak etmir”.

Mia.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Komissiya sədri xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması ilə bağlı qərarı var:

“Karantin rejimi olduğundan, Oqtаy Əsədov iclaslarda iştirak edib-etməməsinə özü qərar verir. Ona görə də hazırda Oqtаy Əsədovun iclaslarda iştirak etməməsi üzrlü səbəblərdəndir”.

Eldar İbrahimov həmçinin əlavə edib ki, 65 yaşlı O.Əsədovun səhhətində heç bir problem yoxdur.

Xatırladaq ki, O.Əsədov 2005-2019-cu illərdə Milli Məclisin sədri olub. O, VI çağırış Milli Məclisə seçkilərdə də deputat seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA