Mehriban Əliyeva Heydər Əliyevdən yazdı

img

10-05-2020 [13:03]


Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.

Mia.az xəbər verir ki, paylaşımda deyilir: “Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.

Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA