ƏN ÇOX BAKIDA, ƏN AZ İSƏ... - TƏBİB sədri virusun daha çox yayıldığı bölgələrin siyahısını açıqladı

img

09-05-2020 [17:24]


TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı regionlar üzrə koronavirus infeksiyasının yayılma statistikasını açıqlayıb.

Mia.az xəbər verir ki, o, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, yoluxmalar Bakıda 47.5, Gəncə-Qazax zonasında 13,6, Aranda 10,2, Lənkəranda 9.4, Şəki-Zaqatalada 1, ölkə xaricindən gələnələr arasında isə 9,1 faiz faiz təşkil edib: "Xaricdən gətirilən vətəndaşlarımız mütləq karantində saxlanılmalıdır.

Bakıda isə bu gün aşkar olunan xəstələrin çoxu Nəsimi rayonunun payına düşür. Bəzi bölgələrdə yoluxma saylarında artım müşahidə olunur”.

TƏBİB-in İdarə Heyətinin sədri bu gün təqdim olunan rəqəmlərdən sonra vətəndaşları daha məsuliyyətli olmağa çağırıb:
"Bundan sonra “Məsuliyyətli ol” devizi ilə vətəndaşları qaydalara əməl etməyə çağıracağıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA