Vilayət Eyvazov yeni inzibati binanın açılışında: nazir tapşırıqlar verdi - FOTOLAR
09-05-2020 [17:07]
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsində, faşizm üzərində Qələbənin 75 illik yubileyi günü - mayın 9-da Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik və Mülki Müdafiə idarələrinin yerləşəcəyi inzibati binanın yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.
Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov görülən işlər barədə nazirə məlumat verərək bildirib ki, 4 mərtəbəli xidməti binanın əsaslı təmir və yenidənqurma işlərinə ötən ilin noyabrında başlanılıb, müasir standartlara uyğun olaraq əsaslı təmir edilib.
Binanın fasadı dekorativ aqlay daşı ilə üzlənib, paslanmaz dəmirdən məhəccərlər qurulub, xidməti otaqlar müasir tələblərə uyğun keyfiyyətli materiallardan istifadə edilməklə təmir olunub, zəruri mühəndis təminatı işləri görülüb. Qeyd olunub ki, ümumi sahəsi 1556 kvadratmetr olan inzibati bina bütün zəruri kommunikasiyalarla təchiz edilib. Xidməti otaqlar mebel və inventarlarla təmin olunub. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici isıqlandırma işləri yerinə yetirilib.
General-polkovnik Vilayət Eyvazov binadakı xidməti otaqlar, müasir avadanlıqlar və digər yardımçı sahələrlə yaxından tanış olub, ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərə baxıb.
Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıqlarını verib.
O, bildirirb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquqi-demokratik, sosial-iqtisadi islahatlar, ölkəmizin siyasi, hərbi və iqtisadi qüdrətinin daha da yüksəldilməsi istiqamətində aparılan geniş quruculuq işləri, fəal hüquq mühafizə siyasəti daxili işlər orqanlarının da fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, maddi-texniki təminatının, şəxsi heyətin məişət və xidməti iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımların atılmasına əlverişli şərait yaradıb.
Daxili İşlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət dövlət başçımızın daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya əməli işlə cavab verəcək, sabitliyin, əmin-amanlığın, ictimai təhlükəsizliyin nümunəvi qorunması sahəsində bundan sonra da qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə və məsuliyyətlə gələcəkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi