"Sizinlə fəxr edirik!" - Birinci vitse-prezident veteranları təbrik etdi

img

09-05-2020 [10:01]


Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə veteranları təbrik edib.

Mia.az-ın xəbərinə görə, Birinci vitse-prezidentin "Instagram" akkauntunda yer alan paylaşımda deyilir: 

"Əziz veteranlar!

9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə sizə və sizin simanızda bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm. Bu bayram həm sizin üçün, həm də, ümumiyyətlə, xalqımız üçün həmişə xüsusi əhəmiyyətə malik olub.

Ölkəmiz tarixi qələbəyə mühüm töhfələr verib və bu, hər bir azərbaycanlıya daim qürur və fərəh hissi yaşadıb. Bu il sizin bu günü xüsusi səbirsizliklə gözlədiyinizi bilirəm. Çünki bu il Böyük Qələbənin 75 illiyi qeyd olunur. Həm Prezidentimiz, həm də mən 9 Mayda həmişə sizinlə görüşmüşük, bu əlamətdar tarixi sizinlə birgə qeyd etmişik. Təəssüf ki, bu il bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq olunan karantin rejiminə görə sizinlə görüşə bilmirik.
Sizin mərdliyiniz, cəsarətiniz, şücaətiniz əsl vətənpərvərlik nümunəsidir.

Biz sizi çox sevirik, sizinlə fəxr edirik!

Böyük Qələbə Gününüz mübarək!".

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA