"İlham Əliyev özünü beynəlxalq bir təşkilatın rəhbəri ampluasında çox rahat hiss edir və..." - Partiya sədrindən şərh
08-05-2020 [20:11]
"Bu həftə Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda keçirilən Zirvə görüşünü istər Azərbaycan, istərsə də dünya KİV-ləri geniş şəkildə işıqlandırdı. Dünyanın ən mötəbər nəşrlərində bu görüş barədə xəbərlər, şərhlər dərc olundu. Eləcə də bir çox nüfuzlu ekspertlər həm Zirvə görüşünün məqsəd-məramını, həm də ki, İlham Əliyevin bu görüşün təşkilindəki mühüm rolunu detallı şəkildə şərh etdilər. Zirvə görüşünün səhərisi günü mən də rəhbərlik etdiyim partiyanın bu Zirvə görüşü ilə bağlı mövqeyini açıqlamışdım. Ancaq bu gün yenidən bu mövzuya qayıtmaq istəyirəm. Çünki hesab edirəm ki, sözügedən Zirvə görüşünün bir sıra önəmli məqamları ictimaiyyətimiz üçün ətraflı şərh olunmalıdır".
Bu sözləri Mia.az-a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Partiya sədrinin sözlərinə görə, əvvəla, bu Zirvə görüşü onu göstərdi ki, Azərbaycan bəzi ölkələrdən fərqli olaraq Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilata formal şəkildə yox, real olaraq rəhbərlik edir və Azərbaycan Prezidenti İlham Əliyevin bu Hərəkata sədrliyi təşkilatın fəaliyyətinin ən hərəkətli, dinamik dövrü kimi tarixə düşəcək:
"İlham Əliyev özünü beynəlxalq bir təşkilatın rəhbəri ampluasında çox rahat hiss edir və dünyada gedən qlobal proseslərə adekvat reaksiya verməyi, proseslərin nəbzini tutmağı bacarır. Elə sözügedən Zirvə görüşünün İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi də az öncə qeyd etdiyim adekvat və çevik reaksiyanın təzahürüdür. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının lideri kimi tam da zamanında hiss etdi ki, pandemiya nəticəsində yaranmış dünyanın hazırki böhranlı durumunda belə bir Zirvə görüşünün keçirilməsinə hava-su kimi ehtiyac var. Sonradan Zirvə görüşünün gedişatı və nəticələri də bu həqiqəti təsdiqlədi ki, görüşün keçirilməsinə qərar verilməsi tamamilə doğru addım imiş. Yəni ki, əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin bu təşəbbüsü özünü həqiqətən də doğrultdu.
İlham Əliyev bu görüşdə sözün əsl mənasında bir dünya lideri kimi fəallıq göstərdi. O, dünyanın 40-dan artıq dövlət və hökumət başçısını, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini bu Zirvə görüşü çərçivəsində bir araya gətirməyi bacardı. İlham Əliyev Qoşulmama Hərəkatının üzv dövlətlərini və beynəlxalq təşkilatları dünyanı bürümüş Covid-19 bəlasına qarşı ümumi mübarizəyə, əməkdaşlığa və tərəfdaşlığa, birgə fəaliyyətə dəvət etdi. Çünki indiki mürəkkəb və həssas şəraitdə birgə fəaliyyət və əməkdaşlıq həqiqən də çox vacib məsələdir. Zirvə görüşündə istər Azərbaycan Prezidentinin çıxışında, istərsə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreisusun məruzəsində açıq mətnlə qeyd olundu ki, indi heç bir ölkə pandemiyaya qarşı təkbaşına, əlahiddə şəkildə effektiv mübarizəni təşkil edə bilməz. Bununçün səyləri birləşdirmək, təcrübələri bölüşmək, qarşılıqlı yardımlaşmanı həyata keçirmək və həmrəylik nümayiş etdirmək lazımdır. Zirvə görüşünün ən önəmli nəticəsi də məhz bu birliyə, bu həmrəyliyə, pandemiyaya qarşı birgə mübarizə aparılmasına, birgə çıxış yollarının axtarılmasına qərar verilməsi oldu. Bu olduqca mühüm məqamdır və bu mənada, İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşünü pandemiyaya qarşı qlobal həmrəylik aktı kimi, nümunəsi kimi də dəyərləndirmək olar".
Pariya sədri qeyd edib ki, Zirvə görüşü ilə bağlı digər bir önəmli məqam isə təşkilatçı tərəfin – yəni Azərbaycanın multilateralizm prinsipinə uyğun olaraq hərəkət etməsi olub:
"Multilateralizm nə deməkdir? Multilateralizm tarixin həlledici məqamlarında bir dövlətin çoxtərəfli fəaliyyət prinsipi əsasında hərəkət etməsi, bir neçə ölkəni deyil, bir çox ölkələri ümumi prosesə cəlb etməsi və mövcud imkanlardan bütün iştirakçı dövlətlərin yararlanmasını təmin etməsi deməkdir. Azərbaycan Prezidenti məhz bu nümunəni ortaya qoydu və ÜST-ə növbəti dəfə maliyyə yardımı göstərməklə ölkəmizin və xalqımızın humanizm prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycanın bu cür xeyirxah davranışı həm ÜST-ün Baş direktoru tərəfindən, həm də Zirvə görüşünün iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Onların hər biri dövlət başçımızın bu addımını yüksək qiymətləndirdilər.
Azərbaycanın bu cür kritik məqamda belə bir xoş məram nümayiş etdirməsi dünya mətbuatında da xüsusi qeyd olundu. Odur ki, bu Zirvə görüşünün beynəlxalq miqyasda təqdirlə qarşılanması, müsbət rezonans doğurması tamamilə təbiidir. Belə bir nəticə gözlənilən idi. Və bundan sonra Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin bizdən nümunə götürüb analoji addım atmaları üçün də presedent yaranmış oldu. Məhz bu cür müsbət amillərə görə dünyanın diqqəti bu həftə yenə də Bakıya yönəldi. Bu gün biz əminliklə söyləyə bilərik ki, Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycan öz üzərinə düşən qlobal vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın bu uğuruna görə həqiqətən də sevinməyə və qürur duymağa dəyər. Böyük şairimiz Məhəmməd Hadinin məşhur fikirinə istinadən qeyd etmək istəyirəm ki, bu gün millətimizin və dövlətimizin imzasını imzalar içində görmək çox xoşdur".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi