07-10-2013 [00:39]
Problemlə bağlı olunan müraciətə verdiyi cavaba Sumqayıt Şəhər İcra Hakimiyyəti 2 ildir əməl etmir.
Vətən uğrunda şəhid olmaq ilahi bir zirvəyə yüksəlməkdir. Şəhidlər xiyabani bu ilahi zirvəyə yüksəlmiş insanların əbədi məkanıdır. Sumqayıt şəhərinin də özünün qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanı var. Qeyd edək ki, Sumqayıtdakı Şəhidlər xiyabani 1988-ci ildə yaradılmışdır. Xiyabanda yerləşən 20 Yanvar abidəsi 1990-cı ildə, Ulduzlar abidəsi isə 1992-ci ildə qoyulmuşdur. Bəs görəsən, bu məkan bizim müstəqilliyimiz, azadlığımız uğrunda canını qurban vermiş insanlar üçün ən azından onların adına layiq bir şəkildə qorunurmu..?
Elə bu düşüncə ilə də Sumqayıt Şəhidlər Xiyabanını ziyarət etmək qərarına gəldik. Gördüklərimiz heç də ürəkaçan olmadı. Xiyabana payızın şəhərimizə yenicə qədəm qoyduğu bir vaxtda getmişdik. Elə buna görə də yağışın burada yaratdığı görüntü doğrusu acınacaqlı idi. Şəhidlər xiyabanının baxımsız lövhəsi və axşamdan yağan yağışın əmələ gətirdiyi xoşagəlməz mənzərə fonunda iki baxımsız bulaq dediklərimizə bir sübüt ola bilər. Bu hələ xiyabana daxil olmadan rastlaşdığımız mənzərə idi. Girişdə qoyulmuş bu bulaqların isə heç birindən su gəlmirdi. Aidiyətti qurumların buraya diqqətsizliyi sayəsində ilk baxışdan onların bulaq olub olmaması da adamda şübhə oyadırdı. Lakin kranların birində olan pas izləri onun əvvəl bulaq olduğunu deməyə əsas verirdi. Ümumiyyətlə, ətrafdakı insanlardan maraqlanandan sonra bəlli oldu ki, xiyabanın giriş hissəsindəki bulaq bir neçə ildir ki, "bulaq statusu”nu itirib...
Ulduzlar abidəsinin qarşısında olan məşəl isə neçə müddətdir ki, yanmır. Hələ abidənin böyür-başına yazılan sayt, çat adlarını demirik. Elə bu yazılardan da bir daha məlum olur ki, bura baxımsızlıqdan ciddi şəkildə əziyyət çəkir. Xiyabanın giriş hissəsində zibil üçün 2 ədəd qab qoyulsa da, yerdə asanlıqla zibillərə rast gəlmək mümkün idi. Görünür, ərazinin təmizliyinə cavabdeh qurumlar da buranı tamamən unudublar... Bundan əlavə, xiyaban boyunca ağaclar arasına yerləşdirilmiş və uzaqdan heç də xoş təsir bağışlamayan plastik su butulkalarını da görmək olar. Bu su qablarının məzarların yanında və ya ağacların arasında niyə bu formada qalmasının isə, bizcə, məntiqi izahı ola bilməz. Qəbir daşlarının üst hissəsi yağışın burada yaratdığı palçıq, toz-torpaq ilə səliqəsiz hala düşmüşdü. Xiyabanın içərisində süni olaraq çəkilən su şlanqı isə buraya estetik cəhətdən xoşagəlməz görüntü verməklə yanaşı, əlavə su sərfiyyatına da yol açmış olurdu.
Bütün bunlar bir tərəfə, ən qəribə və xoşagəlməz məqamlardan biri də budur ki, Sumqayıtın Şəhidlər xiyabanında bayraq yoxdur. Aydındır ki, belə bir müqəddəs, qürur mənbəyimiz olan məkanda mütləq üçrəngli bayrağımız dalğalanmalıdır, lakin... Yeri gəlmişkən, gözəldir ki, Sumqayıt şəhərində Bayraq meydanı salınıb, meydanda 75 metr hündürlüyündə dirək quraşdırılıb və orada Azərbaycan bayrağı dalğalanır. Amma nədənsə Sumqayıt Şəhidlər xiyabanında heç 5 metr hündürlükdə də bayraq yoxdur. Niyəsə unudulub...
Şəhidlər xiyabanındakı vəziyyət dəfələrlə mediada işıqlanıdırlıb. Hətta 2 il bundan öncə şəhərin bir qrup gənci tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə də müraciət edilib (Aşağıda sözügedən müraciət sorğusunun sürəti verilib). Problemlərin aradan qaldırılacağı ilə bağlı vədlər verilsə də, vəziyyət əvvəlki kimi qalır.
Bax belə, bu sadaladıqlarımız Sumqayıtdakı Şəhidlər xiyabanının problemlərinin hələ yarı faizindən də azdır. Ümidvarıq ki, problem tezliklə həllini tapacaq və daha sumqayıtlılar, həmçinin, şəhərimizə gələn qonaqlar bu biabırçılığın şahidi olmayacaqlar.
Mövzunu diqqətdə saxlayacağıq.
Aidiyyəti qurumların da mövqeyini işıqlandırmağa hazırıq.
Ləyaqət Malikqızı, "Xəbərlə” xəbər portalı
P.S. İnanırıq ki, "...budurmu Sumqayıtda Milli qəhrəmanlarımıza, şəhidlərimizə, verdiyimiz qiymət?!” gileyini tezliklə unudacağıq.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi