06-10-2013 [23:37]
BMT Baş Asambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən İran prezidenti Həsən Ruhani ilə ABŞ prezidenti Barak Obama arasında telefon danışığının baş tutması haqqında "Reuters" agentliyinin yaydığı xəbər dünya siyasətində əks-səda doğurdu. Cəmi 15 dəqiqə çəkmiş danışığın böyük əks-səda doğurması təsadüfi deyildi. Çünki bu telefon danışığının 1979-cu ildən bəri ABŞ və İran prezidentlərinin ilk və birbaşa danışığı olduğunu nəzərə aldıqda, bu xəbərin dünyanın siyasi dairələrində şok effekti yaratmasının səbəbi başadüşüləndir.
Hətta bəzi şərhçilər Ruhaninin Obamaya telefon zəngini Niksonun Çinə, Tetçerin Sovet İttifaqına səfəri ilə müqayisə edirlər. Amma Obama ilə Ruhani arasındakı telefon danışığı dünyanın siyasi dairələrində əks-səda doğursa da, müəyyən mənada, bu əlaqə gözlənilən idi.
Hələ bir neçə ay əvvəl İrandakı prezident seçkilərinə həsr olunmuş məqalədə qeyd etmişdik ki, seçkilərdən sonra rəsmi Tehran Qərb paytaxtları ilə gərginlikləri azaltmağa çalışacaq. Məlum olduğu kimi, sabiq prezident Mahmud Əhmədinejatın zamanında Qərb dövlətləri ilə İranın münasibətləri həddindən artıq gərginləşmişdi. Bəzi təhlilçilər hətta Qərbin İrana mümkün hücumları ilə bağlı konkret zaman göstərməkdən belə çəkinmirdilər. Lakin əksər təhlilçilər Qərbin İrandakı prezident seçkilərinin nəticələrini və yeni dövlət başçısının ilk addımlarını gözləyəcəyini proqnozlaşdırırdılar. Bu, müəyyən mənada İran cəmiyyətinin də istəyi idi və Tehranın rəsmi dairələrini cəmiyyətin bu istəyi ilə hesablaşmaq məcburiy-yətində qoyurdu. Buna görə də "Diplomatiyanın şeyxi" titulunu qazanmış Həsən Ruhaninin İranda haki-miyyətə gəlməsi ilə İran cəmiyyətinin istəyinə uyğun addımların atılması asanlaşdı.
Ruhaninin şəffaf və ədalətli seçkilər nəticəsində prezident seçilməsi və bu zaman xalqın geniş dəstəyini qazanması da Qərb dövlətlərini İranın yeni lideri ilə hesablaşmağa məcbur edirdi. Əgər 2009-cu il prezi-dent seçkilərindən sonra Mahmud Əhmədinejatın legitimliyi həm Qərbdə, həm də İranda şübhə doğu-rurdusa, Ruhaninin vəziyyəti tamamilə fərqlidir. Ruhaninin prezident seçkilərində bütün rəqiblərinin topladıqları səslərin cəmindən artıq səs alması ciddi faktordur və bütün maraqlı dairələri bununla he-sablaşmaq məcburiyyətində qoyurdu. Ancaq Ruhani də dünya dövlətləri ilə yanaşı İran cəmiyyətinin ondan gözləntisi olduğunu anlayırdı və bu istəyi cavabsız qoya bilməzdi.
Prezident seçildikdən sonra onun verdiyi bəyanatlar və atdığı addımlar da İran prezidentinin "Diplomatiyanın şeyxi" titulunu əbəs yerə daşımadığını bir daha təsdiqlədi. ABŞ-la İran, bütövlükdə Qərblə İran arasında münasibətlərin yumşalmasına Ruhaninin prezident seçilməsindən sonra Tehranda ab-havanın dəyişməsi çox ciddi təsir göstərsə də, fikrimizcə, bu, yeganə və əsas səbəb deyil. Qərblə İran arasındakı münasibətlərin yumşalmasında Rusiya faktoru da nəzərdən qaçırıla bilməz.
Qərb Rusiya ilə İranı ayırmağa çalışır
İran və ABŞ prezidentləri arasında baş tutan telefon danışığını yalnız rəsmi Tehranın siyasətində olmasa da, ritorikasında baş verən dəyişikliklərlə izah etmək doğru olmazdı. Doğrudur, İranın prezident kürsü-sündə davakar ritorikaya malik Mahmud Əhmədinejatı mötədil bəyanatları ilə diqqəti çəkən Həsən Ru-haninin əvəzləməsindən sonra bu telefon danışığı, hətta iki ölkə liderinin mümkün görüşü də təbii qar-şılanmalıdır. Belə rəy yaranır ki, iki dövlət arasındakı problem fikir ayrılıqlarını zor və təhdid yolu ilə həll etmək istəyən sabiq liderlər imiş. Sanki Vaşinqtonda Buş ailəsindən fərqli düşünən birinin, Tehranda isə Əhmədinejatın mövqeyini bölüşməyən bir liderin hakimiyyətə gəlişi iki ölkə arasında əlaqələrin bərpa-sına imkan verə, yaxud da ən azından bu məsələdə açar rolunu oynaya bilərmiş.
Əslində, Ruhaninin prezident seçilməsindən dərhal sonra rəsmi Tehranın ritorikasında baş verən dəyi-şiklikləri bəhanə edərək, Vaşinqtonun İranla birbaşa əlaqələrə can atmasının arxasında başqa məqamlar dayanır. Qərbdə anlamağa başlayıblar ki, İrana qarşı tətbiq olunan sanksiyalar əslində, yalnız Rusiya-nın işinə yarayıb. Bir tərəfdən İranın kabrohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasının qarşı-sının alınması, digər tərəfdən isə bu ölkə ətrafında gərəksiz gərginliyin yaradılması neftin qiymətinin ucuzlaşmasına imkan vermir. Belə vəziyyətdən itirən Qərb, qazanan tərəf isə Rusiya olur. Qərbdə anla-yırlar ki, Moskvanın özünün "buz siması"nı göstərməsinin əsas səbəbi Rusiyanın "əzələ"lərini şişirən neft valyutasıdır. Əks halda, Rusiya Qərbə bir çox məqamlarda mane olmağı ağlına belə gətirməzdi.
İrana qarşı səmərəsiz sanksiyaların mənfi nəticələri yalnız bu deyil. Qərbin uzaqgörən strateqlərini ən çox narahat edən Moskva-Tehran əməkdaşlığının inkişaf edərək Rusiya-şiə ittifaqının yaranmasına doğ-ru getməsidir. Bir çox ekspertlər Rusiya ilə şiə müsəlmanları arasında ittifaqın Qərb-Sələfi işbirliyinə qar-şı Moskvanın yeni ideyası, Suriyada baş verənləri isə bu ideyanın məhsulu hesab edirlər. Qərbin beyin mərkəzlərində belə bir fikir formalaşıb ki, Rusiya Cənubdan gələn Sələfi dalğasının qarşısını şiə səddi ilə almaq istəyir və Suriya diktatoru Bəşər Əsədi də məhz bu səbəbdən sona kimi müdafiə edir. ABŞ-ın beyin mərkəzlərində prosesin belə inkişafından ciddi narahatdırlar və Rusiya ilə şiə müsəlmanlarının ittifa-qının yaranmasını Vaşinqtonun dünya ağalığına son qoya biləcəyindən ehtiyat edirlər.
Obamanın Ruhani ilə görüşməyə hazır olmasının digər səbəbi heç şübhəsiz, Vaşinqtonu ciddi şəkildə narahat edən İranın nüvə proqramıdır. ABŞ-da bir çox nüfuzlu ekspertlər iddia edirlər ki, hazırkı sanksi-yalar effektsizdir və İranın nüvə proqramını dayandırmaq gücündə deyil. Digər tərəfdən, hərbi zərbə-lərlə də İranın nüvə proqramının dayandırılmasının mümkün olmayacağı aydındır. Buna görə də, Mər-kəzi Kəşfiyyat İdarəsinin sabiq analitiklərindən olan Kennet Pollek kimi ekspertlər İranı yalnız danışıqlar yolu ilə nüvə silahı əldə etməkdən çəkindirməyi yeganə yol sayır.
Pollekin fikrincə, Qərb İranı inandırmalıdır ki, ona düşmən deyil. Bunun üçünsə bəzi addımlar atmaq la-zımdır. Vaşinqtonun beyn mərkəzlərində hesab edirlər ki, İran məhz Qərbin dostluğuna inandıqdan sonra nüvə silahı əldə etməkdən çəkinə bilər.
Göründüyü kimi, Vaşinqtonun Ruhaninin mesajlarına dərhal cavab verməsi, sadəcə, rəsmi Tehranın ritorikasında baş verən dəyişikliklə bağlı deyil. Əslində, Qərb İranda yeni prezidentin seçilməsini bəhanə edib, İranla keçmiş münasibətlərini bərpa etmək istəyir.
İran regional gücə çevrilə bilər
Qərbin radikal tərəfdarları hesab edirlər ki, Qərbin İranla yaxınlaşması mümkün deyil və baş verən olaylar yalnız Barak Obamanın idealist fikirlərindən qaynaqlanır. Bu zaman onlar unudur ki, ABŞ Sovet İttifa-qı ilə rəqabətdən qalib çıxmaq üçün Çinlə yaxınlaşmaqdan belə çəkinməmişdi. Halbuki, həmin zaman ABŞ-la Çin arasındakı fikir ayrılığı, bu gün ABŞ-la İran arasında olan fikir ayrılığından daha güclü idi. Buna baxmayaraq, Henri Kissencerin təklifi ilə Vaşinqton Pekinlə birbaşa əlaqələr qurdu və hətta ABŞ Çinə ticarət güzəştləri də etdi.
Yeri gəlmişkən, bir çox ekspertlər Çinin bugünkü inkişafının təməlində ABŞ-la 40 il əvvəl əldə edilən razılaşmaların dayandığını düşünürlər. Həmin zaman Çini Sovet İttifaqı ilə mümkün müttəfiqlikdən yayın-dırıb, özünün tərəfdaşına çevirən ABŞ, Sovet İttifaqı ilə rəqabətdə qalib gəldi. İndi də eyni ssenarinin İranla münasibətlərdə əsas götürülməməsinə heç bir səbəb yoxdur. Əksinə, İranı Rusiya və Çinlə əməkdaşlıqdan çəkindirmək üçün ABŞ-ın daha tutarlı əsasları var. İqtisadi gücünə görə dünya ikincisinə çevrilən Çin ABŞ-ın dünyadakı iqtisadi liderliyini sarsıtmaq ərəfəsindədir və Vaşinqtonda ən çox bundan narahatdırlar. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin özünün Avrasiya Birliyi ideyasının reallaş-dırılmasında israrlıdır və bu, Vaşinqtondakı beyin mərkəzlərini alternativlər axtarmağa vadar edir.
Çin və Rusiya amili də İranın ABŞ üçün cazibəliyini artırır. Xüsusilə də, Cənubi Qafqazda rəqabətdə Rusi-yanın mövqelərini zəiflətmək üçün ABŞ İrandan istifadə edə bilər. ЌATO-nun üzvü olan Türkiyədən fərqli olaraq, İranın bu məsələdə ABŞ-ın maraqlarına daha çox yarayacağı şübhəsizdir. Çünki Türkiyə ilə müqayisədə İranın Cənubi Qafqazın hər üç respublikası ilə yaxın münasibətləri var. Həm də unutmaq olmaz ki, bu üç respublikanın yerləşdiyi çoğrafiya çox da uzaq olmayan keçmişdə indiki İranla bir dövlə-tin tərkibində olub. İranda indi də bu çoğrafiyanı öz torpaqları hesab edənlər kifayət qədərdir. Əgər Qərb İrana Cənubi Qafqazda üstün mövqelər tanısa, Tehranla Vaşinqton arasında yaxınlıq yarana bilər. Bütövlükdə götürdükdə, Qərblə İran arasında əlaqələr yaxşılığa doğru dəyişsə, bu, Cənub qonşumuzun regional gücə çevrilməsi demək olardı. İranın buna potensialı da var.
Amma İranın böyük dövlətə çevrilməsinin yolu onun yenidən dünyaya açılmasından keçir. Bunu Teh-randa da gözəl anlayırlar. İranın yeni prezidenti də təşəbbüsü əldən buraxmaq niyyətində deyil. Belə ki, Həsən Ruhani artıq ABŞ-la birbaşa təyyarə reyslərinin bərpası haqqında göstəriş verib.
Rəsmi Tehran və Vaşinqton dünyanın siyasi gündəmini 180 dərəcə dəyişən 15 dəqiqəlik telefon danışı-ğının yaratdığı əlverişli imkanları dəyərləndirməyə çalışarkən, ABŞ-ın Yaxın Şərqdəki vassalları və İsrail bu dəyişiklikləri qorxu ilə seyr edirlər. Onların bu prosesə mane olmaq cəhdləri açıq-aşkar görünür. Hə-ləlik təşəbbüs Obama ilə Ruhaninin əlindədir. Onların bu təşəbbüsü əmələ işə çevirmələri isə dünyanın siyasi düzənində böyük dəyişiklik yarada bilər.
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Sumqayıt, Quba, Ağdam və İsmayıllıda yaşıllıqları qırıblar
QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi - FOTO
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
ABŞ-da qaçırılan kiçik təyyarə qəzaya uğrayıb
Elektron siqaretlərin qadağan olunması barədə yeni qanun ilk oxunuşdan keçdi - Detallar
Rumen Radevdən Azərbaycan Prezidentini təbrik edib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz
Çin lideri İlham Əliyevə məktub göndərdi: "Bu il ərzində Sizinlə iki dəfə görüşmüşük və..."
Milli Məclisdə Amnistiya aktı müzakirə olunur
Milli Məclis bəyanat qəbul edib
Axtarışa verilən aparıcı Quran kitabı paylaşdı: "Ölkəmə dönəcəm"
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb
Spikerdən Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə sərt reaksiya: "Qətiyyətlə rədd edirik" - Komissiya yaradıldı
Türkiyədə daha bir jurnalist saxlanıldı - Şərhə görə
Rektorun müşaviri maşını əks istiqamətdə saxladı - VİDEO
Tofiq Yaqublu kassasiya şikayəti verib
ABŞ-da professoru evində, 11 nəfəri isə universitetdə güllələyən keçmiş tələbə ölü tapıldı - Təfərrüat
Sumqayıtda hoteldə yanğın olub (Yenilənib)
AVROPA UKRAYNAYA 90 MİLYARD KREDİT AYIRDI: "Bu borc yalnız Rusiya kompensasiya ödədikdən sonra geri qaytarılacaq"
"Qızıl külçə" işi: gömrükçülər hökmdən şikayət veriblər
Azərbaycan nefti cüzi bahalaşıb
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 170 şübhəli qandallandı
TFF qərar verdi - "Yeni Malatyaspor" daha aşağı liqaya düşürüldü
Konfrans Liqasında uduzan komandanın Baş məşqçisi: "Çox məyusam"
Baş katib Ukraynanın NATO-ya yolunu qapatdı, Putinə isə xəbərdarlıq etdi: "Praktik olaraq mümkün deyil, Rusiya isə bilməlidir ki..."
Məşhur müğənnilərin həbsi... - Türkiyəni çalxalayan əməliyyatdan yeni xəbər var (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" “Sabah”a uduzdu - Liderlikdə əldən çıxdı
Qəzzada gərginlik: üç uşaq yaralanıb
Putinin sözçüsü: "Bunu çox təhlükəli hesab edirik"