06-10-2013 [23:26]
Prezident seçkiləri ilə bağlı aparılan təbliğat kampaniyasında, xüsusilə də İctimai Televiziyada təşkil olunan debatlarda namizədlərin qeyri-etik ifadələr işlətməsi birmənalı qarşılanmır. Tövbə Cəmiyyətinin sədri, keçmiş millət vəkiliəHacı Əbdül Əbdüləliyev isə canlı efirdən nalayiq fikirlər səsləndirən namizədlərə qarşı daha sərt tədbirlərin görülməsinin tərəfdarıdır.
- Hacı, artıq seçkiyə bir neçə gün qalıb. Seçkiöncəsi vəziyyəti, prezidentliyə namizədlərin fəaliyyətini ne-cə dəyərləndirirsiz?
- Bismillahir Rəhmanir Rəhim! Sözün doğrusu, budəfəki seçkilərdə çox biabırçı vəziyyət yarandı. Prezidentliyə namizədlər çox biabırçı hərəkətlər elədilər. İctimai Televiziyadakı çıxışlarda bu biabırçığın hər kəs şahidi oldu. O qədər əxlaqdan uzaq hərəkət elədilər ki, prezident seçkilərini həm Azərbaycanda, həm də dünyada hörmətdən saldılar. Kaş, bu adamlar namizədliklərini irəli sürməyəydilər. Onların yeri-nə daha layiqli şəxslərin namizədlikləri irəli sürüləydi. Söz yox ki, mən də, ətrafımızdakı insanlar da, dostlarımız da bu seçkidə öz namizədlərini müəyyənləşdirmişik. Biz hesab edirik ki, prezidentliyə namizədlər içərisində yeganə layiqli şəxs İlham Əliyevdir və bu istiqamətdə də müəyyən təbliğat aparırıq. Biz o biabırçı namizədlərə yox, İlham Əliyevə səs verəcəyik.
- Biabırçı namizədlər deyəndə kimləri nəzərdə tutursuz?
- Elə hamısını!. Bəyəm, düz-əməllisi var ki? Bunlar Rüstəm İbrahimbəyovu bir cür biabır elədilər, sıradan çıxırdılar. Cəmil Həsənlini isə ondan da betər günə qoydular. Çünki bunlar müsəlman deyillər. Əgər mü-səlman olsaydılar, arvad-uşağa, qadına hörmət edərdilər, ailəyə münasibətdə başqa cür olardılar. Ќə pis xüsusiyyətləri var idi, hamısını ortaya qoydular.
- Bəlkə, konkert ad çəkəsiniz?
- Hamı hər şeyi gördü də... Hafiz Hacıyevin hərəkətləri göz qabağındadır.
İkincisi də Araz Əlizadə! Orda bir nəfər salamat adam yox idi. Demək olar ki, hamısı etik normalardan kənar ifadələr işlədirdi. Bu şəkildə davaranmaq olmaz, onlara milyonlarla insan baxır.
- Bir vaxtlar bu cür hərəkətlər edən siyasilərin şallaqlanmalı olduğunu deyirdiniz. Hətta onları tövbə et-mək üçün yanınıza çağırırdınız. Ќamizədlərdən kimləri şallaqlamaq istərdiniz?
- Allaha and olsun, imkan olsaydı, namizədlərə qarşı şallaqdan gözəl istifadə edərdim. Özü də bunu şəri-ət qayda-qanunları ilə həyata keçirərdim. Özü də yeri var idi. Adam kiminsə ailəsi-uşağı ilə ilə zarafat eləməz, bu cür təhqirə yol verməz. Ən yaxşı şallağa layiq namizəd Hafiz Hacıyevdir. Çünki aranı qarışdı-ran odur. O birilərini də yüngülvari şallaqlayardım.
- Bəs, Milli Şuranın namizədi Cəmil Həsənliyə münasibətiniz necədir?
- Cəmil Həsənli alim adamdır. Ancaq o da böyük səhvə yol verdi. Hafiz Hacıyev onun qızından danışdı, o da Prezidentin ailəsindən. Əgər məsləhətdirsə, sən də onun öz ailəsindən danış, amma o da məsləhət deyil. Ailə müqəddəs məfhumdur, onu hər yerdə ağıza alıb, təhqir eləmək düzgün deyil.
Hafiz Hacıyevi bir səhvə yol vermişdi, gərək Cəmil Həsənli o səhvi təkrarlayıb məsələni böyütməyəydi. Təəssüflər olsun ki, milyonlarla insanların gözü qabağında bu cür qeyri-etik hadisə baş verdi. Mən ona görə deyirəm ki, budəfəki seçkilərə qatılan namizədlər biabırçıdır. Hamımız müsəlmanıq, müsəlman olan kəs əxlaqdan uzaq hərəkətlər etməməlidir, xüsusən də televiziyada.
- Ümumiyyətlə, bu cür davranışlar nəyin nəticəsidir? Ќiyə Azərbaycan siyasətində təmsil olunan şəxslər əxlaqdan uzaq hərəkətlər edirlər?
- Bu uzun illərdən bəri Azərbaycan siyasətində gedən mənəvi aşınmanın nəticəsidir. Bu adamlar abır--həyanı çoxdan itiriblər. Hamı kimin-kim olduğunu yaxşı bilir, amma camaatın gözü qabağında belə hərə-kətlər yolverilməzdir. Əslində, onların əksəriyyəti lazım olan imzanı toplaya bilməzlər. O namizədlər bü-tün qüvvələri bir yerə yığsalar, 10 min imza toplaya bilməzlər, amma guya hərəsi 45 min imza toplayıb namizəd kimi qeydiyyatdan keçiblər. Mən imzatoplama kampaniyasının nə qədər ağır olduğunu yaxşı bilirəm. O vaxt 360 nəfər bizim uşaqlar Ayaz Mütəllibovun vətənə qayıtması üçün imza toplayırdılar. 360 nəfər gecə-gündüz Azərbaycanı bir-birinə qatdılar, 50 min imza toplamışdılar. Həmin imzaları indi də saxlayıram. Amma heç qohum-əqrəbası, qonum-qonşusunda tanınmayan adamlar bir həftənin içərisində 40 min imza topladılar. Kim buna inanar? Ən böyük saxtakarlıq elə burdan başladı.
- Sizcə, orda həqiqətən imza toplayan namizədlər kimlərdir?
- Heç kim o qədər imza toplaya bilməz. İlham Əliyevin arxasında böyük güc var, YAP-ın üzvlərinin sayı çoxdur, onun imza toplamasından heç bir problem yoxdur. Ona görə də bu sözlərin ona aidiyyatı yox-dur. Bir də Cəmil Həsənli üçün imza toplana bilər. Çünki onu dəstəkləyən qüvvələrin də sayı çoxdur. Milli Şurada təmsil olunan partiyaların üzvləri hərəsi 5 imza toplasa, kifayət edər. Ondan başqa heç bir namizəd imza toplaya bilməz.
- Onda belə çıxır ki, digər namizədlərə belə bir imkanı hakimiyyət yaradıb?
- Deyə bilmərəm ki, kim onlara şərait yaradıb. Amma əgər Mərkəzi Seçki Komissiyasına imza təhvil veriblərsə, deməli, onlara hazır imzaları veriblər, onlar da köçürüb təqdim ediblər.
Biz də siyasətə dünən gəlməmişik. Nəyin necə olduğunu, hansı prosesin nə cür baş verdiyini yaxşı bilirik. Sözsüz ki, bu məsələdə onlara dəstək verilib, yaxud elədiklərinə göz yumulub.
- Yəni, həmin namizədlərə hakimiyyət köməklik edib...
- Hər şey məlumdur. Aparılan təbliğatdan, televiziyadakı çıxışlardan aydın görünür. Bunlar elə hakimiy-yət tərəfindən verilən namizədlərdir. Azərbaycan dünyadan təcrid olunmayıb. Ona görə də burada de-mokratik seçki görüntüsü yaratmaq lazımdır. Hakimiyyət də bununla göstərir ki, Azərbaycanda demokratiya var, on nəfər namizəd kimi seçkiyə qatılıb. Dünyaya demokratik seçki mühiti görüntüsünü ver-mək üçün Araz Əlizadə, Hafiz Hacıyev və digərlərini namizəd kimi seçkiyə buraxıblar. Ona görə də imza topladı, toplamadı öz adamlarını namizəd kimi qeydiyyata alıblar. Əslində isə Azərbaycanda nə demok-ratik seçki var, nə də normal namizəd.
- Cəmil Həsənli və digər müxalifət nümayəndələri bildirirlər ki, belə bir mühitin yaranmasında, efirdə qeyri-əxlaqi fikirlərin səslənməsində hakimiyyət günahkardır. Bu fikirlərlə razısınızmı?
- Əlbəttə! Bu fikirlər yerində səslənib və tam haqlıdırlar. Görmədiz, aparıcı sanki o cür danışanlara şərait yaradır. Hafiz Haıyevin o cür danışmağına şərait yaratmamalı idilər ki, Cəmil Həsənli də ona o cür cavab versin. Mən, Cəmil Həsənlini dəstəkləmirəm, ona səs verən də deyiləm. Yüz il qala, heç kəsə də məsləhət görmərəm ki, ona səs versin. Çünki onun ətrafında olan şəxslərin hamısı Azərbaycanın bu günə düşməsində, torpaqlarımızın işğal olunmasında iştirakçı olan insanlardır. Onlar istəyirlər ki, Cəmil Həsənli hakimiyyətə gəlsin, ikinci Əbülfəz Elçibəy olsun. Bunlar da onun çiynində hakimiyyəti ələ keçirib öz bildiklərini eləsinlər. Əbülfəz Əliyevin dövründə necə meydan sulayırdılarsa, indi də Cəmil Həsənlini hakimiyyətə gətirib, köhnə əməllərini davam etdirmək istəyirlər. Yəni, Cəmil Həsənlidən bir vasitə kimi isti-fadə etməyə çalışırlar. Ona görə də mənim Cəmil Həsənliyə yazığım gəlir. Amma bütün bunlara baxma-yaraq, mən, Cəmin Həsənliyə qarşı o cür hərəkətləri düzgün saymıram. Onu dəstəkləməsəm də, qeyri-əxlaqi münasibəti qəbul eləmirəm.
- Hacı, artıq zaman daralır, 9 oktyabrda səsvermə günüdür. Bu seçkilərdən nə gözləyirsiz?
- Yeni heç bir şey olmayacaq. İlham Əliyev növbəti dəfə prezident seçiləcək. Hər şey öz qaydası ilə ge-dəcək, hakimiyyət indiki siyasətini davam etdirəcək. Ancaq çox güman ki, seçkidən sonra bəzi dəyişik-liklər olacaq.
- Hansı müstəvidə dəyişikliklər olacaq?
- Hakimiyyətin yuxarı təbəqələrində dəyişikliklər olmalıdır. Ancaq onu da qeyd edim ki, əgər Mehriban Əliyeva seçkilərə getsəydi, çox gözəl bir seçki alınardı, cəmiyyətdə də canlanma olardı. İndi istəsən də, istəməsən də, gərək İlham Əliyevə səs verəsən. Çünki ondan başqa layiqli namizəd yoxdur. Səbəb də odur ki, o birilərinin hakimiyyətə gəlməsindənsə, İlham Əliyevin hakimiyyətdə qalması daha yaxşıdır.
- Axı deyirdiniz ki, ölkədə problemlər, korrupsiya, rüşvət, məmur özbaşınalığı var. Bu problemlər indiki hakimiyyətin dövründə baş verməyibmi?
- Doğrudur. Amma Xalq Cəbhəsinin hakimiyyəti dövründə olan özbaşınalıq Azərbaycanda heç vaxt ol-mayıb, heç indi də yoxdur. Mən o dövrü yaşamışam və görmüşəm. Ağla gəlməyən özbaşınalıqlar olub. Heç bir ağıllı adam həmin dövrün təkrarlanmasını istəməz. Xalq Cəbhəsi dövründə hakimiyyətdə olanların yenidən hakimiyyətə gəlməsindənsə, indiki hakimiyyətin iqtidarda olması daha məsləhətdir. Deyər-dim ki, əksəriyyət də belə düşünür, bu səbəbdən də çoxluq İlham Əliyevə səs verəcək.
- Bir vaxtlar partiya yaratdınız, fəaliyyətiniz olmadı, bu yaxınlarda hərəkat yaratdınız, onun da fəaliyyəti-ni görmədik. Yaratdığınız təşkilatlar niyə belə uğursuz olur?
- Düzgün demirsiz. O vaxtı partiya yaratdıq, fəaliyyət də göstərdik, bir dövr idi, keçib getdi. Bu il isə Azərbaycan Ќaminə Xalq Birliyi Hərəkatını yaratdıq. İndi bəziləri üçün uğursuz görünsə də, məqsədimiz o idi ki, hərəkat vasitəsi ilə Mehriban Əliyevanın seçkilərdə iştirak etməsinə nail olaq, xalqın böyük ək-səriyyəti onu dəstəkləsin. Təəssüflər olsun ki, bu istəyimiz baş tutmadı. Amma ümidvarıq ki, gələn seçkilərdə Mehriban Əliyevanı prezident görəcəyik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi