Parlamentdə daha iki vəzifəli şəxs işini itirib

img

07-05-2020 [23:32]


Milli Məclis Aparatında struktur islahatları çərçivəsində yenidən təşkil edilən İşlər müdirinin xidmətində iki müavin vəzifəsi ləğv edilib.

Məlumata görə, struktur islahatlarına qədər İşlər müdirinin 3 müavini olub.

Struktur islahatlarından sonra İşlər müdirinin iki müavini vəzifəsi ləğv edilib.

Beləliklə, yenidən İşlər müdiri təyin edilmiş Firudin Hacıyevin yeganə müavini Kamran Məmmədovdur. K. Məmmədov struktur islahatlarına qədər də İşlər müdirinin müavini olub.

Xatırladaq ki, struktur islahatlarından əvvəl İşlər müdirinin digər müavinləri Şadət Nağıyev və Fazil Səfərəliyev olublar/APA.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA