“Bentley”, “Range Rover” markalı avtomobillər... - Vilyam Hacıyev bunları 1045 manatlıq maaşı ilə alıb?
07-05-2020 [22:31]
İmişlinin həbs olunan keçmiş icra başçısı Vilyam Hacıyevin evindən və xidməti otağından külli miqdarda ayrı-ayrı valyutalarda pul vəsaitlərinin aşkarlanması cəmiyyətdə müzakirələrə səbəb olub.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mayın 5-də Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Müvafiq ünvanlara baxış zamanı Vilyam Hacıyevin rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər aşkarlanıb. Habelə, ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Onun yaşadığı evə baxış zamanı qarajdan 10-PR-777 dövlət nömrə nişanlı “Bentley” və 90-KH-900 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobillər aşkar edilib. Bir məmurun qanuni yollarla bu qədər sərvətə sahib olması təbii ki, mümkün deyil. Maraqlıdır ki, Vilyam Hacıyev aylıq vəzifə maaşının hamısını yığsa belə, bu qədər var-dövlətə sahiblənə bilməzdi.
Şəhər, rayon və şəhər rayonu üzrə icra başçılarının maaşı əhali sayına uyğun olaraq müəyyənləşir. Belə ki, əgər icra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır. Əhalisi 50 - 100 min nəfər olan ərazinin icra başçısı isə 990 manat maaş alır. Əhalisi 50 min nəfərdən az olan ərazilərin icra başçıları isə daha az əməkhaqqı alırlar. Onların məvacibi 880 manatdır. İmişlinin əhalisi 126 min nəfərə yaxındır. Deməli, Vilyam Hacıyevin aylıq maaşı 1045 manat məbləğində olub.
Bildirək ki, cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Vilyam Hacıyev Prezident İlham Əliyevin mayın 6-da imzaladığı sərəncamla vəzifəsindən azad olunub /Oxu.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi