Cəmil Həsənlinin son mitinqi - yenilənir - fotolar

img

05-10-2013 [17:37]


 

Hazirda Cəmil Həsənli tribunadadır. Onun coşqulu çıxışlarının hər abzasında vətənpərvər şərqilər, türkülər səsləndirilir.

Mitinqdə çıxış edən Cəmil Həsənli Qubada, İsmayıllıda baş verən etiraz aksiyalarını, daha sonra bu ilin əvvəlində əsgər ölümlərinə etiraz edən insanların, gənclərin aksiyasının misal göstərərək deyib ki, bütün bunlar millətin mübarizə əzminin göstəricisidir.

C.Həsənli həmin hadisələrdən, aksiyalardan sonra qanunsuz olaraq həbsə məhkum olan insanların azadlığını tələb etdiklərini bildirib, daha sonra həbsdə olan siyasi məhbusların adını sadalayaraq onların azadlığa buraxılmasının vacib olduğunu bildirib və deyib ki, onlar mütləq azad olunacaqlar.

Böyük öndər Məhəmməd Əmin Rəsulzadənin səs yazısının səsləndirilməsi meydanda böyük coşquya səbəb olub.

C.Həsənli deyib ki, millət azadlıq uğrunda böyük bir mübarizəyə başlayıb və biz bu azadlığa nail olacağıq.

Prezidentliyə namizəd deyib ki, Azərbaycan xalqından başqa bizim heç kəsin qarşısında öhdəliyimiz yoxdur.

C.Həsənlinin bu sözü meydanda gurultulu alqışlarla qarşılanıb.

Daha sonra Milli Şuranın namizədi insanların təməl hüquqlarına toxunub və deyib ki, insanların necə geyinməsi öz işləridir, əgər insan hicab geyinmək istəyirsə, bu hüquq ona verilməlidir.

C.Həsənli deyib ki, biz məhkəmə hakimiyyətinə xalqın inamını bərpa edəcəyik, məhkəmələr ədalətsiz hökmlər çıxarmayacaqlar.

Daha sonra vahid namizəd tribunadan öz seçki şüarlarını səsləndirib.

C.Həsənli qeyd edib ki, müxalifətin mübarizəsi davam edəcək.

Daha sonra Üzeyir Hacıbəyovun möhtəşəm "Koroğlu" üvertürası səsləndirilib və mitinqin sona çatdığı elan edilib.

****

Mitinqin aparıcısı gənc fəallardan Aygün Pəncəliyevadır.

Meydanda "Cəmil bəy!" şüarı səslənir.
***

16.30.

Bu dəqiqələrdə mitinq açıq elan edilib. Cəmil Həsənli və onu müşayiət edən liderlər tribunada yerlərini tutublar. Əvvəlcədən razılaşdırıldığı kimi, mitinqdə Milli Şuraya daxil olan partiyaların heç birinin bayrağı yoxdur.


Musavat.com-un əməkdaşlarının verdiyi məlumata görə, mitinq iştirakçıları meydana toplaşmağa başlayıb. Stadionun girişində polis postları qurulub. Yaşı 18-dən az olanlar meydana buraxılmır.


***

15.17

Bu gün saat 16.00-da Milli Şuranın namizədi Cəmil Həsənlinin seçicilərlə görüş-mitinqi keçiriləcək. Mitinq "Məhsul” stadionunda saat 18.00-adək davam edəcək. Bu, Cəmil Həsənlinin son seçkiqabağı mitinqidir.

Mia.az Minval.az-a istinadən mitinqdən fotolar təqdim edir:

































Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA