"Mülkləri əllərindən alınmalı, hərraca çıxarılmalı və..." - Deputatdan həbs olunan icra başçıları haqda sərt açıqlama
07-05-2020 [22:25]
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməkdədir. Videomateriallardan da göründüyü kimi, icra başçıları rüşvətxor əməllərini çox rahat formada icra edirlər.
Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev... Dünən isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi...
Belə görünür, dövlətin büdcəsini talamağı qarşılarına xüsusi vəzifə qoyan başçılar vətəndaşlara vicdanla xidmət etmək missiyasını çoxdan unudublar.
Maraqlıdır ki, DTX-nın qandalladığı icra başçılar dövlətin orden və medalları ilə təltif olunublar.
Belə ki, Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev "Şöhrət" ordeni, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Biləsuvarın əli qandallanmış başçısı Mahir Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, İmişlinin həbs olunan icra başçısı Vilyam Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Bu ordenlər onlara Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətə və fəal iştiraka görə verilib.
Bəs indki halda Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham olunan sabiq icra başçılarının ordenləri geri alına bilərmi?
Mia.az-ın məlumatına görə, Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirib ki, vəzifəsindən çıxarılaraq, həbs edilən sabiq icra başçıları bütün orden və medallardan məhrum edilməlidir:

“Əgər həmin icra başçılarının digər dövlət təltifləri varsa, dərhal həmin təltiflərdən də məhrum edilməlidirlər. Ümumilikdə bütün hüquqi imtiyazlardan məhrum edilməlidirlər”.
Fəzail Ağamalının sözlərinə görə, onlar ölkə prezidentinin dövlətçilik siyasətinə qarşı çıxıblar:
“Eyni zamanda, ən ağır əməllə - rüşvətxorluq və korrupsiya ilə məşğul olurlar. Rüşvətxorluq xalqın pulunu mənimsəməkdirsə, korrupsiya isə dövlətin cibinə girməkdir. Bunların hər ikisi bağışlanan davranış deyil. Ona görə də onlara cəza verilməklə yanaşı, korrupsiya və rüşvətxorluq yolu ilə əldə etmiş olduqları mülkləri əllərindən alınmalı, hərraca çıxarılmalı və həmin vəsaitlər yenidən dövlətin büdcəsinə qaytarılmalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi