“Uşaq Qaynar Xətti” son 1 ayda rekord sayda müraciət qəbul edib
07-05-2020 [20:10]
“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti aprel ayının nəticələri ilə bağlı statistikanı açıqlayıb. Məlumata görə, bu ilin aprel ayında mərkəzə 756 zəng daxil olub.
Mia.az xəbər verir ki, “Azercell Telekom” MMC tərəfindən yaradılan və dəstəklənən bu xidmətə daxil olan zənglərin əksəriyyəti – 423 müraciət təhsillə əlaqədardır. Uşaq Qaynar Xəttinə sosial məsələlərlə bağlı 98, səhiyyə ilə bağlı 66, psixoloji problemlərlə bağlı 51, hüquqi prosedurlarla əlaqəli 44 müraciət daxil olub.
Daha 74 müraciət isə bu kateqoriyalara aid edilməyən fərqli məsələlərə dair olub. Müraciətlərin 665-i ilkin, 91-i isə təkrarən daxil olub. Zəng edənlər arasında qızlar nisbətən üstünlük təşkil edir – müraciət edənlərin 425-i qızlar, 326-sı oğlanlar olub. 5 şikayət sms üzərindən qeydə alındığından müraciətçilərin cinsləri müəyyən olunmayıb. Uşaqlar üçün Qaynar Xəttə müraciət edənlərin təxminən 85%-i yaşı 18-dən yuxarı şəxslər olub.
Ölkəmizdə COVID-19 virusunun yayılmasının önlənməsi məqsədilə karantin rejimi tətbiq olunduğundan, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əməkdaşları fəaliyyətlərini evdən davam etdiriblər. Qaynar Xətt xidmətinin 116111 qısa nömrəsi mobil telefona yönləndirilib və müraciətlər 7/24 saat mütəmadi olaraq operatorlar tərəfindən cavablandırılıb. Ay ərzində mərkəzin mobil nömrələrinə 712, şəhər telefonuna 18 zəng daxil olub, 26 müraciət isə SMS vasitəsilə qeydə alınıb.
Aprel ayı boyu karantin rejiminin davam etməsinə baxmayaraq, mərkəz əməkdaşları 6 ailəyə baş çəkiblər. Ziyarət zamanı ailədəki uşaqlarla tanış olublar, onların problemlərini dinləyiblər, məsələnin araşdırılması və təcili dəstəyin göstərilməsi üçün aidiyyətı qurumlara məktublar göndəriblər. Aprelin 29-dan etibarən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində fərdi konsultasiyaların keçirilməsi, reabilitasiyaya cəlb olunmuş ailələrlə görüşlərin təşkili qismən bərpa olunub.
Son ay ərzində qaynar xəttin mediada təbliği istiqamətində də addımlar atılıb. Mərkəzin əməkdaşları yerli televiziya kanallarında çıxışlar edərək mövcud problemlərdən danışıblar, maarifləndirməyə diqqət yetiriblər. Media orqanlarında uşaqların evdə səmərəli vaxt keçirməsi, onların özgüvən problemi, koronavirusdan qorunma və digər önəmli mövzularda müzakirələr aparılıb. Eyni zamanda, sosial şəbəkələrdə də fəaliyyət genişləndirilib, canlı yayımlar təşkili olunub.
Ümumilikdə, 2020-ci ilin ilk 4 ayı ərzində Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 2069 müraciət daxil olub.
Qeyd edək ki, "Azercell Telekom" MMC-nin dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi"nin təşkilatçılığı ilə 7/24 rejimi ilə fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidməti haqqında ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə etmək mümkündür.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi