Gürcüstan-Azərbaycan sərhədində görünməmiş tıxac - kimdir günahkar?

img

05-10-2013 [14:50]


 Gürcüstan-Azərbaycan sərhədində görünməmiş tıxac yaranıb. Bu barədə «Azadlıq»a hadisə yerindən məlumat veriblər. Mənbənin dediyinə görə, hazırda Gürcüstandan Azərbaycana keçmək istəyən 600-ə yaxın iri tonnajlı yük maşını sərhəddə növbə gözləyir. 

"Gürcüstan tərəfi maşınların buraxılmasında heç bir problem gormür. Ordan maşın sahiblərinə bildiriblər ki, problem Azərbaycan tərəfindədir və bununla bağlı onlara heç bir izahat verilmir”, - deyə mənbə bildirib. Mənbənin məlumatına görə, sərhəddə yüzlərlə minik maşını da növbə gözləyir. Sürüclər hadisə yerinə gələn gürcü telekanalları vasitəsi ilə Azərbaycan hökumətinə müraciət də ediblər. "Amma hələ bircə maşın da Azərbayana keçə bilmir. Bizə bildiriblər ki, axşama yaxın maşınların Azərbaycana buraxılma ehtimalı var. Əgər axşama yaxın da buraxılış bərpa olunmasa, sərhəddə tıxac Rustaviyə qədər gedib çıxacaq”, - deyə mənbə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA