MÜƏLLİMLƏR GÜZƏŞTLİ İPOTEKA KREDİTİ ALA BİLƏCƏK - Fərman + Detallar

img

07-05-2020 [16:35]


Bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər olunması ilə bağlı fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmana əsasən, ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.

İndiyə qədər bu müddət 5 il idi.

Eyni zamanda, qaydalara edilən əlavəyə əsasən, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. İndiyədək qanunvericilikdə bununla bağlı müddəa yox idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA