Deputat Fazil Mustafa: "DTX daha çox narazılıq edilən icra başçılarını seçib..."
07-05-2020 [15:03]
“Həbs olunan icra başçılarının cəmiyyətdəki reputasiyası o qədər də yaxşı deyildi. Bu reputasiya ilə uzun müddət işləyən insanlar vətəndaşları da narazı salıblar”.
Mia.az-ın məlumatına görə, bu fikirləri Unikal.org-a açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa səsləndirib.
O bildirib ki, istər İmişlinin, istərsə də digər həbs olunan icra başçıları ilə bağlı narazılıqlar çox idi:
“Biz bunu vətəndaşların şikayətlərindən də görürdük. Ona görə də həbs olunan icra başçıları barədə cəmiyyətdə təqdiredici simptomlar da hiss olunmur. Məmur var ki, həbs oluna bilər, amma insanlar deyirlər ki, yaxşı adamdır, kasıba diqqət yetirəndir. Məsələ budur ki, həbs olunan icra başçıları haqqında bu söhbətlər edilmir. Onlar cəmiyyət tərəfindən də narazılıqla qarşılanırdılar. Yəni, bu həbslərdə hüquqdan başqa haqsızlıq elementi də hiss olunmur. Çünki həbs olunan icra başçıları insan faktorunu arxa plana qoymuşdular. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən daha çox narazılıq edilən icra başçıları seçilib. Bunun özü həbslərin cəmiyyət tərəfindən qəbul edildiyini göstərir”.
Millət vəkili onu da qeyd edib ki, bu məsələlərdə məhkəmənin rolunun qaldırılması olduqca vacibdir. Onun sözlərinə görə, artıq bu kimi əməllərə qarşı məhkəmə hakimiyyətinin əks tərəfdə durması vacibdir: “Yəni, vətəndaşın hər hansı bir məsələ ilə bağlı məhkəməyə rahat müraciət etməsi haqqını tapması məsələsi olduqca vacibdir. Məhkəmənin də qorxmadan, çəkinmədən müstəqil qərar çıxarması vacibdir. Əslində prosesin inkişaf istiqaməti budur. Ümid edirəm ki, bu istiqamətdə ciddi dəyişikliklərin olması mümkün olacaq. Adamların nəhayətsiz həbs edilməsi ilə ölkədə korrupsiyaya son vermək mümkün deyil. Buna paralel olaraq, islahatlar da aparmaq lazımdır. Yerli polis, prokurorluq, məhkəmə orqanları müstəqil fəaliyyət göstərə bilməlidirlər. Bəzən məmuru da qorumaq lazımdır. Çünki icra başçıları ilə tutulan məmurların arasında normal adamlar da olur. Mən xatırlayıram, neçə rayonda çox savadlı, ziyalı təhsil şöbəsinin müdirləri var idi, bunları direktorlardan pul yığıb icra başçılarına gətirməyə məcbur edirdilər. Sonra da icra başçıları bir konfliktlə onları tutdurdu, ziyalı adamları həbsə göndərdilər. Yəni, bütün bunlar olduqca acınacaqlı durumdur. Ona görə də elə islahat aparmaq lazımdır ki, hər şey sivil qayadada olsun. O zaman DTX-nın da əməliyyat keçirməsinə zərurət qalmayacaq. Yerlərdə məmurlar qanunun tələbləri ilə ifşa olunacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi