05-10-2013 [14:11]
Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Beynəlxalq Müəllim günü münasibəti ilə rayonun rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə ənənəvi toplantı keçirilmişdir.
Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermiş və qeyd etmişdir ki, ölkə başçısının sərəncamı ilə son 3 ildə Beynəlxalq Müəllim günü ərəfəsində rayonun orta təhsil müəssisələrinin müəllimlərindən 7 nəfər «Tərəqqi» medalına layiq görülmüş, 6 nəfərə «Əməkdar müəllim» adı verilmişdir.
Bildirilmişdir ki, yay aylarında «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın Əlavə Tədbirlər Planına əsasən 7 saylı və 163 saylı orta məktəblərin binaları, 190 saylı orta məktəbin akt və idman zalı əsaslı təmir olunmuşdur. Məktəblər bütün lazımi avadanlıq və dərs vəsaiti ilə təchiz olunmuşlar. Həmçinin Bibiheybət qəsəbəsindəki 70 saylı uşaq bağçasının əsaslı təmiri və bağça üçün əlavə musiqi zalı və 3 otağının tikintisi başa çatdırılmışdır.
20-ci yaşayış sahəsində yerləşən «Turac» uşaq bağçasında möhkəmləndirmə işləri aparılmış, hazırda əsaslı təmir davam etdirilir.
Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və sentyabrın 26-da Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə burada açılış mərasimi keçirilmişdir.
Qeyd olunmuşdur ki, məktəblərdə aparılan təmir və yenidənqurma işləri, burada müasir təhsil üçün hər cür şəraitin yaradılması, məktəblərin bütün lazımi avadanlıqlarla təchiz olunması tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəlməsinə birbaşa şərait yaradır. Bunun nəticəsi də təhsil ilinin yekunlarında özünü biruzə verir.
Səbail rayonunun 6 saylı orta məktəbi və 160 saylı Klassik Gimnaziya artıq ikinci dəfə «2012/2013-cü tədris ilində keçirilmiş «Ən yaxşı ümumi təhsil müəssisəsi» müsabiqəsinin, rayonun 6 nəfər müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri sırasinda olmuşlar. 2012-2013-cü təhsil ilinin yekununa görə 19 məzun qızıl medala layiq görülmüşdür. Keçən tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirmiş, onlardan 927 nəfəri tələbə adını qazanmışdır.
Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmiş, əmin etmişlər ki, qarşıdan gələn Prezident seçkilərində Səbail təhsil işçiləri yekdilliklə İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi