YAP-çı deputat "...nazirin həbsi xəbəri yayılsa, təəccüblənməyəcəksiniz?” sualına belə cavab verdi: “Təbii ki..."
07-05-2020 [10:02]
“Kiminsə qolu qüvvətlidirsə, zorla kiminsə əmlakını tutub ala bilməz. Amma bununla yanaşı, orada fəaliyyət göstərən hüquq-mühafizə orqanları ilk növbədə özlərinin rəhbərliyinə bu barədə geniş arayışlar təqdim etməliydilər. Onlar bəhanə gətirə bilərlər ki, icra hakimiyyətinin başçısıdır, buna gücləri çata bilməz. Amma bunlar öz rəhbərliyini məlumatlandırmalıydılar”.
Mia.az xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində YAP icra katibinin müavini, deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O, bildirib ki, rəhbərlik də ölkə başçısına məlumat verməliydi ki, filan rayonda bu hadisələr baş verir, əhalini ciddi şəkildə narahat edirlər, əhalini dövlətdən, dövlətin siyasətindən narazı salırlar.
“Bununla bağlı da lazımi ölçülər vaxtında götürülsəydi, nə o icra başçısı həbs olunardı, nə insanların haqqı o dərəcədə pozulardı. Biləsuvarda bir gündə bunları eləməyib, yaxud koronovirus dövründə olmayıb ki... O torpaqların alınması yəqin illər boyunca olub. 150 sahibkar iddia edir. İndi onların neçəsi haqlıdır, neçəsi haqsızdır, bununla bağlı araşdırmalar gedir. Bəlkə də eləsi var ki, torpağını satıb, indi deyir başçı əlimdən alıb. Belə hallar olur. Şikayətlər daxil olur, araşdırırsan ki, oğul gedib torpağı hansısa sahibkara, ya başqasına satıb, atası, ya qardaşı gəlib şikayət edir. Ortaya nəticə çıxır ki, vəsaiti bölə bilməyiblər.
Amma bununla yanaşı, belə neqativ hallar var idisə, hüquq-mühafizə orqanlarının bir funksiyası da dərhal ölkə rəhbərliyini məlumatlandırmaq idi”.
S. Novruzov deyib ki, mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı da cəzalandırma addımları olacaq: “Cənab Prezident baş prokuroru təyin edəndə bu məsələ ilə bağlı tövsiyələrini verdi. Çatan siqnalları da qeyd elədi ki, mərkəzi icra hakimiyyəti orqanlarında müxtəlif şirnikləndirmə ilə işə götürürlər, başqa-başqa addımlar atırlar. Bununla bağlı da siqnallar daxil olduğunu qeyd etdi. Yəqin ki, bu məsələlərlə bağlı ölçülərin götürülməsinin şahidi olacağıq”.
“Deməli, hansısa nazirin həbsi xəbəri yayılsa, təəccüblənməyəcəksiniz, eləmi?” sualına cavab olaraq S. Novruzov deyib: “Təbii ki. Bu iş başlayıb..."
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi