Dünyada koronavirusa yoluxanların sayı 3,6 milyon nəfərə çatıb

img

07-05-2020 [09:11]


Dünyada koronavirusa yoluxanların sayı 3,6 milyon nəfərə çatıb.

“Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilat bildirib ki, son bir gündə dünyada COVID-19-a daha 71 min nəfər yoluxub. Eyni zamanda təsdiq edilmiş ölüm hallarının sayı daha 4 min artaraq 247 mini ötüb.

ÜST-ün son məlumatına görə, dünyada virusa yoluxanların sayı 3 588 463 nəfər təşkil edir, 247 503 pandemiyanın qurbanı olub. Son bir gündə dünyada COVID-19-a yoluxanların sayı 71 463 nəfər, ölənlərin sayı 4 102 nəfər artıb.

Avropa hələ də koronavirusa yoluxanların və ölənlərin ümumi sayına görə öndədir. Köhnə qitədə COVID-19-a 1 593 828 nəfər yoluxub, 147 780 pasiyent ölüb. Bu qitədə son 24 saatda virusa yoluxanların sayı 27 179, ölənlərin sayı 2 178 nəfər artıb.

Şimali və Cənubi Amerikada virusa 1 507 148 insan yoluxub, 81 070 nəfər ölüb. Bu region son bir gündə COVID-19-a yoluxma sayına (29 701) görə Avropanı üstələyib. Amerika qitəsində son gündə 1 480 pandemiya qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA