Deputat İqbal Məmmədovun qardaşı 22 yaşlı gəncə işgəncə verib?!

img

05-10-2013 [14:09]


Deputat İqbal Məmmədovun qardaşı, «Piran» broylerin rəhbəri Çingiz Məmmədovun dünən Lerik rayonunda 22 yaşlı gəncə işgəncə verərək, döyüdyünə dair məlumatlar yayılıb. 

Mia.az Demokratiya.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Həmin məlumatda deyilir ki, C.Məmmədovun döydüyü şəxs Lerik rayonunun Piran kənd sakini Elsəvər Məmmədovdur. Deputatın qardaşı ilə kənd sakini arasında yaranmış narazılığın səbəbi barədə isə heç bir məlumat verilmir. Eyni zamanda, bununla bağlı yerli polis və prokurorluq orqanlarına müraciətə də baxılmadığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA