Hökumətdən Gömrük Komitəsinə göndərilməli olan lisenziya və icazələrlə bağlı qərar - SİYAHI
06-05-2020 [18:42]
Nazirlər Kabineti “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nı təsdiq edib.
Qərara əsasən, Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin siyahısına aşağıdakılar daxildir:
Lisenziyalar:
- prekursorların idxalı, ixracı və tranzit nəql edilməsi;
- təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması;
- bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı.
İcazələr:
- təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazə;
- dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq;
- “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə;
- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə;
- ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə;
- ixrac məqsədli neft-qaz fəaliyyətinə görə güzəştləri əldə etmək üçün Azərbaycan Respublikasına idxal ediləcək avadanlıq və materialların siyahısının (idxal siyahısının) qeydə alınması;
- zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, habelə Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə;
-kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat);
- ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı;
- idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsi;
- pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə;
- bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı;
- ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə;
- avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə;
- standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat;
- qida təhlükəsizliyi sertifikatı;
- dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsi;
- dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə;
- Birləşmiş Millətlər Təşkilatının “Psixotrop vasitələr haqqında” 1971-ci il tarixli Konvensiyasının 1-ci və 2-ci siyahılarında nəzərdə tutulmuş psixotrop maddələrin idxalına və ixracına icazə;
- elektrik enerjisinin ixrac və idxal edilməsinə icazə;
- xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsi;
- qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış;
- sənaye parkının qeydiyyat şəhadətnaməsi;
- texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi;
- texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsi;
-sənaye, yaxud texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəd;
- investisiya təşviqi sənədi;
- malın mənşə ölkəsini təsdiq edən sertifikat;
- mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi;
- sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsi.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi