Koronavirusu zərərsizləşdirən anticisimlər aşkarlandı - Yəhudilər tərəfindən

img

05-05-2020 [22:53]


İsrail Bioloji Tədqiqatlar İnstitutunun alimləri koronavirusu zərərsizləşdirə biləcək anticisimlər əldə ediblər. Bu öz növbəsində yoluxmuş xəstələr üçün dərmanın yaradılmasında istifadə edilə bilər.

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Nes-Siona şəhərində yerləşən və qapalı hökumət institutu adından yaydığı məlumatda yer alıb.

“Yeni üsul koronavirusa qarşı məqsədyönlü təsir göstərir. Bunlar tərkibində zərərli zülalların son dərəcə az bir nisbətini ehtiva edən monoklonal anticisimlərdir (immun hüceyrələri tərəfindən hasil edilən anticisimlər - Red). Mürəkkəb sınaqların keçirilməsi və bunun tənzimləyici orqanlarda təsdiqləmə prosesi bir neçə ay çəkə bilər.

Hazırda əldə olunan elmi naliyyətə patentin alınması üçün müraciət edilib. Bundan sonra kommersiya miqyasında anticisimlərin istehsalı üçün beynəlxalq istehsalçılarla əlaqə qurulacaq” - deyə, məlumatda qeyd olunub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA