Nazirlər Kabineti KMDF-yə toplanan vəsaitlərlə bağlı açıqlama yaydı
05-05-2020 [20:32]
"Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) məqsədi koronavirus infeksiyasının yayılması ilə bağlı mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsiidir".
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, Fondun vəsaitlərinin xərclənməsinə nəzarət məqsədilə aprel ayının 11-də Baş Nazirin müvafiq Sərəncamı ilə İctimai Nəzarət Şurası yaradılıb və Fondun vəsaitinin sərəncamçısı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilib. İctimai Nəzarət Şurasının əsas fəaliyyəti Fonda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığa və maliyyə hesabatlılığına nəzarət etmək, həmçinin ictimaiyyətin bununla bağlı mütəmadi məlumatlandırılmasını təmin etməkdir:
"Mayın 5-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib. İclasda Fondun fəaliyyəti, toplanmış maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsi zamanı şəffaflıq və hesabatlılıq məsələləri müzakirə olunub.
Bildirilib ki, ianələrin məbləğindən və ödənişi həyata keçirənin sosial statusundan asılı olmayaraq Fonda toplanan vəsaitlər haqqında məlumat ictimaiyyətə açıqdır və gündəlik olaraq rəsmi internet saytında (http://covid19fund.gov.az/az/) yerləşdirilir. İctimaiyyətin bütün təbəqələrindən olan vətəndaşlar, hüquqi və fiziki şəxslər, sahibkarlar ölkə üçün hazırkı çətin sınaq dövründə həmrəylik nümayiş etdirərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirirlər. 4 may 2020-ci il tarixinə Fonda edilən ianələrin ümumi məbləği 113 milyon manat, 157 min ABŞ dolları, 87,5 min avro və 150 min rubl təşkil edir.
Qeyd edək ki, Fonda toplanan vəsaitlərin koronavirusla mübarizəyə - xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə yönəldilməsi nəzərdə tutulur. Fonda vəsaitlərin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı açılıb və bu vəsaitlərdən istifadə edilməsi Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir. İndiyədək Fonda toplanmış vəsaitlərdən hər hansı formada istifadə edilməyib.
Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi