Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 28 nəfər sağalıb - 21 nəfərin vəziyyəti ağırdır

img

05-05-2020 [17:21]


Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb:

"Hazırkı dövrədək ölkəmizdə 2 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164 481  test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA