Saatlı rayon İcra hakimiyyətində növbəti onlayn müşavirə keçirilib
05-05-2020 [13:32]
Saatlı rayon İcra hakimiyyətində növbəti onlayn müşavirə keçirilib.
İH-dən Mia.az-a verilən məlumata görə, onlayn müşavirədə Saatlı rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov, idarə və müəssisə rəhbərləri, şəhər, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Videomüşavirədə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 1 may tarixdə keçirilən iclasının qəbul etdiyi qərar barədə ətraflı məlumat verib. Operativ Qərargahın yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı respublikadakı mövcud sanitar-epidemioloji vəziyyəti, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini təhlil edərək xüsusi karantin rejiminin 31 may 2020-ci il saat 00:00-dək uzadıldığını, virusa yoluxma və xəstələrin sağalma dinamikasını nəzərə alaraq tətbiq edilən məhdudiyyətin yumşaldılmasına dair müvafiq qərar qəbul etdiyini bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bildirdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə atılan addımlar öz töhvəsini verməkdədir.
Rayon rəhbəri, həmçinin Prezident İlham Əliyevin karantin dövründə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yönəlmiş sərəncam və tapşırıqları, 600 min nəfərə 190 manat bir dəfəlik yardım verilməsini, ictimai işlərin sayının 30 mindən 90 minə çatdırılmasını, Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə ərzaq yardımlarının edilməsinin əhali tərəfindən yüksək qarşılandığını bildirərək, Respublikanın bütün bölgələrindən ölkə başçısına göndərilən minnətdarlıq məktubu və teleqramları barədə məlumat verib. Eyni zamanda, mövcud vəziyyətdə əhalinin qarşısında duran vəzifələrdən danışıb..
Rayon rəhbəri bildirdi ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonları istisna olmaqla, digər rayon və şəhərlərdə karantin rejimi tam yumşaldılıb.
Karantin rejiminin yumşaldılması arxayançılıq yaratmamalıdır. İzolyasiya tədbirləri davam etdirilməlidir, Gigiyena qaydalarına əməl olunmalıdır. Adamların sıx gəzməməsi, 10 nəfərdən çox şəxslərin bir yerə yığışmamasına diqqət yetirilməlidir. Əhali ilə maarifləndirmə işləri davam etdirilməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi