04-10-2013 [21:54]
"Asəf Quliyevin orada baş verənlərə artıq vicdanı dözmədi AXCP-dən və Milli Şuradan istefa verdi”. Bunu apa-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov AXCP sədr müavini A.Quliyevin partiyadan və Milli Şuradan istefa verməsinə münasibət bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, hazırda Milli Şuranın daxilində çox ciddi problemlər var: "Birincisi, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bunlara rəhbərlik etmək əvəzinə başqa işlərlə məşğuldur, seçki prosesləri ilə deyil, özünə pul qazanmaqla başını qatır. İkincisi, Milli Şuranın daxilində olan ziddiyyətlərdir. Açıq Cəmiyyət Partiyasının sədri bunları hansısa multfilmə oxşatması, bunlar haqqında təhqiramiz ifadələr söyləməsi, Eldar Namazovun, ümumiyyətlə, seçki prosesinə qoşulmaması, orada təmsil olunan digər partiyaların kənara çəkilməsi, yalnız AXCP və Müsavatın orada qalması bunlara əyani sübutdur. Bu gün faktiki olaraq orada AXCP və Müsavatdan başqa heç kim iştirak etmir. Bu partiyalar da namizədləri Cəmil Həsənlini axırda ortada qoyub qaçacaqlar. Asəf Quliyev də bunları təbii ki, görürdü və dözmədi. Digər tərəfdən, Asəf Quliyev orada mitinq komitəsinin sədri idi və cəmi 19 gündür seçki təbliğat kampaniyasının getməsinə baxmayaraq, Milli Şura cəmi 9 görüş keçirib. Xüsusilə bunların Sabirabad görüşlərində baş verən biabırçılıq, əhalinin bunlara münasibəti, iradları və s. bunların iç üzünü açdı. Mitinq komitəsinin sədri kimi hər dəfə azalan iştirakçıları görən Asəf Quliyev bunlardan ayrıldı”.
YAP rəsmisi AXCP daxilində də ciddi problemlərin olduğunu deyib: "Asəf Quliyev orada partiyanın ilk üzvlərindən biridir. O gördü ki, partiya sədri Əli Kərimlinin üzündən orda da bir dənə də normal adam qalmadı, hamı uzaqlaşıb. Gördü ki, sonuncu odur və onun da vicdanı dözmədi, başını götürüb oradan çıxdı”.
S.Novruzov qeyd edib ki, bu cür hallar Müsavatda da ola bilər: "Başqalarına irad tutan bu partiya sədrləri 20-25 ildir ki, hərəsi öz partiyasını monopoliyaya götürüb rəhbərlik edir. Qabiliyyətli, bacarıqlı insanların qabağa getməsinə imkan vermirlər. Müxalifəti özlərinə əbədi iş yeri seçiblər. Bütün bunlar da təbii ki, bunların toplaşdığı Milli Şuranı dağıdacaq. Ümumiyyətlə, bu qurumun cəmi 3-4 gün ömrü qalıb”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi