DTX-dən DAHA BİR İCRA BAŞÇISININ XİDMƏTİ OTAĞINDA ƏMƏLİYYAT-  Kimlər saxlanılıb? + SİYAHI yayıldı

img

05-05-2020 [15:07]


Bu gün DTX tərəfindən İmişli Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı rayon icra başçısı Vilyam Hacıyevlə yanaşı, bir neçə vəzifəli şəxs də saxlanılıb.

Mia.az “BakuPost”a istinadən xəbər verir ki, saxlanılanlar arasında icra başçısının birinci müavini Səfa Ağayev, Başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseyn İbrahimov, digər müavin içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova, başçının köməkçisi Elman Qəhrəmanov, Hüquq Şöbəsinin müdiri Rahim Zaidov, rayonun maliyyə şöbəsinin və bir neçə digər idarələrin müdirləri saxlanılıb.

Bu şəxslərin hansının şübhəli şəxs qismində Bakıya gətirliməsi dəqiq bilinmir. Hazırda onların ifadələri alınır. Bundan əlavə, icra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir.

***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

APA-nın məlumatına görə, İmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılır.

Əməliyyat barədə hələlik rəsmi məlumat açıqlanmayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA