Onlar Ali Məhkəmənin hakimləri təyin olundu - SİYAHI

img

05-05-2020 [11:15]


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələyə baxılıb.

İclasda Bakı Apellyasiya Məhkəməsinin hakimləri – Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, İlham Əhmədov, Elşad Şamayevin, Gəncə Apellyasiya Məhkəməsinin hakimi - İspəndiyar Şəfiyevin, Şirvan Apellyasiya Məhkəməsinin hakimi – Fehruz Abbasovun, Şəki Apellyasiya Məhkəməsinin hakimi – Mübariz Hüseynovun Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Bundan əlavə, iclasda Çingiz ƏsgərovBəhman Qəribov və Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA